Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > “Quş qripi” xəstəliyi ilə bağlı Azərbaycanda aparılan növbəti monitorinqin nəticələrini açıqlanıb
“Quş qripi” xəstəliyi ilə bağlı Azərbaycanda aparılan növbəti monitorinqin nəticələrini açıqlanıb |
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) “quş qripi” xəstəliyi ilə bağlı Azərbaycanda aparılan növbəti monitorinqin nəticələrini açıqlayıb.
DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin verdiyi məlumata görə, dekabrın 19-dan “quş qripi” xəstəliyinə görə ölkə ərazisində başlanmış növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 18 baş çöl quşunun patoloji materialı, ölkənin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1477 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib: “Müayinə olunmuş nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib”. Y.Xanvəli deyib ki, nəzarət tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib: “Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb”. DBX bəyan edir ki, bütün növ quşların ovlanması, qanunla müəyyən edilməyən yerlərdə və ticarət obyektlərində quşların diri formada, eləcə də quş əti və məhsullarının satışı qadağandır: ““Quş qripi” xəstəliyinin ölkəyə köçəri quşlarla keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayan xidmət respublika ərazisində ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcək. Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin yanvarın 23-də başlanması nəzərdə tutulur”. Geri dön |