Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Robert Prosineçki: Xəzər Lənkəran-ın oyun tərzi çox xoşuma gəlir
Robert Prosineçki: Xəzər Lənkəran-ın oyun tərzi çox xoşuma gəlir |
“Hər klubun oyununu izləmişəm. Daha çox “Qarabağ”ın matçına baxmışam. Çünki Avropa Liqasında çıxış edirdi. Təəssüflər olsun ki, “Qarabağ” Avroliqadakı çıxışını dayandırdı. “Sent-Etyen”lə səfər və “İnter”lə Bakıdakı oyunlara baxmışam. “Xəzər Lənkəran”ın oyun tərzi çox xoşuma gəlir”. Bu sözləri apasport.az saytına müsahibəsində Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
Cənubluların həm topsuz, həm də topla yaxşı oynadığını bildirən Prosineçki millinin hücumameyilli futbol nümayiş etdirəcəyini də sözlərinə əlavə edib: “Hansı stildə oynamağımızın fərqi yoxdu, əsas odu hücumameyilli oyun göstərək. Sözsüz ki, “Qarabağ”ın heyətində keyfiyyətli futbolçu daha çoxdu. Amma oyun stilinə görə “Xəzər Lənkəran”ı daha çox bəyənirəm. “Xəzər Lənkəran”ın “Bakı” ilə keçirdiyi son görüşündən razı qalmadım. Əvvəlki matçlarda daha güclü təsir bağışlamışdılar. “Neftçi” də pis komanda deyil”. Prosineçki Dağlıq Qarabağ məsələsinin təbliğatı ilə məşğul olacağını da əlavə edib: “Mənə zəng edib soruşanda ki, Azərbaycan necə yerdi, orda vəziyyət necədi, cavab verirəm ki, çox gözəldi. Bilirlər ki, Azərbaycanda Qarabağ problemi var. Yuqoslaviya dağılanda biz də belə bir problemlə üzləşmişik. Yəni belə müharibələri, dəhşətləri biz də görmüşük. Əlimdən gələni edəcəm ki, bu məsələ ilə bağlı düzgün təbliğat aparım” Xorvatiyalı çalışdırıcı Azərbaycan mətbəxini bəyəndiyi də gizlətməyib: “Azərbaycan mətbəxini bəyənirəm. Amma Bakı restoranlarında seçim çoxdu, xarici yeməklər də sifariş etmək olur. Azərbaycanın ət, balıq yeməkləri daha çox xoşuma gəlir. Burda italyan, yapon və alman mətbəxi də var. Yemək məsələsində çətinlik çəkmirəm. Amma üstünlüyü Azərbaycan mətbəxinə verirəm. Biz Zaqatalaya gedəndə Qəbələdə kabab yedik. Çox xoşuma gəldi. Ömrümdə elə kabab yeməmişdim”. Geri dön |