Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yavər Camalov: Yeni istehsal sahələrinin yaradılması üçün planlar hökumətə təqdim olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Yavər Camalov: Yeni istehsal sahələrinin yaradılması üçün planlar hökumətə təqdim olunub

Yavər Camalov: Yeni istehsal sahələrinin yaradılması üçün planlar hökumətə təqdim olunub


Müdafiə Sənayesi Nazirliyində 17 dekabr - Müdafiə sənayesi işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən müdafiə sənayesi naziri Yavər Camalov müdafiə sənayesində həyata keçirilən işlərdən danışıb.

Son illər müdafiə sənayesi sektorunun inkişaf etdiyini deyən nazir ordunun müasir silahlarda təchiz edilməsi, kənardan asılılığının azaldılması istiqamətində işlər aparıldığını söyləyib: “2007-2014-cü illərdə nazirlik sistemində yenidənqurma və inşaat işləri nəticəsində 50-dən artıq yeni istehsal sahəsi yaradılıb. Cari ildə istehsal olunmuş müdafiə təyinatlı məhsulların həcmi 2010-cu illə müqayisədə 2,4 dəfədən çox olacaq”.

Y. Camallov qeyd edib ki, MSN müəssisələri tərəfindən 60 və 82 mm çaplı minaatanlar, PKT pulemyotu, “Xəzri” adlı avtomat, əleyhqaz, “Aerostar” tipli pilotsuz uçuş aparatları, əl qumbaraları, maskalanma torları, optik sistemlər, atıcı silah və zirehli texnikaların ehtiyat hissələri istehsal olunaraq sifarişçilərə çatdırılıb. Nazirliyin müəssisələrində 2014-cü ildə kapsulların istehsalına nail olunub ki, bu da döyüş sursatlarının istehsalında xarici asılılığı aradan qaldırılıb. 30 mm çaplı AQS-30 avtomatik qumbaraatanı üçün döyüş dəstinin, minaatanlar üçün sursatların, A-100 tipli gecəgörmə cihazının yaradılması başa çatdırılıb və seriyalı istehsala tövsiyə olunub. Eyni zamana 14.5 mm təkmilləşdirilmiş snayper tüfənginin, 7.62x51 mm çaplı başqa bir snayper tüfənginin zavod sınaqları aparılıb. Elmi Tədqiqat İnstitutunda dövlət sifarişi üzrə 10 mövzu işlənib. Bunlar nəqliyyat vasitələri üzərinə silahların qurulması, yeni aviabombaların yaradılması, texnikaların modernləşdirilməsi, xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi sisteminin yaradılması və s. bağlı olub. Eyni zamanda MSN-in Milli Aerokosmik Agentliyində yeni sistemlərin yaradılması və istehsalı istiqamətində işlər görülüb.

“Növbəti ildə yeni istehsal sahələrinin yaradılması və istehsal texnologiyalarının alınması üçün planlar hökumətə təqdim olunub”, - deyə nazir əlavə edib.

MSN “Aqreqat” İstehsalat Birliyinin baş direktoru Fərhad Cəfərquliyev çıxış edərək rəhbərlik etdiyi müəssisədə görülən işlərdən danışıb: “Əsasən zirehli texnikanın təmiri və modernləşdirilməsi üzrə ixtisaslaşmış Bakı Cihazqayırma Zavodunda iki növ döyüş texnikasının modernləşdirilməsi proqramı həyata keçirilir. İndiyədək onlarla döyüş texnikası modernləşdirilərək istifadəçilərə verilib. Müəssisəmizdə istehsal olunan aviasiya sənayesi məhsulları Rusiyaya və digər ölkələrə ixrac olunur”.

MSN “Dalğa” Elmi İstehsalat Müəssisəsinin baş direktoru Mübariz Ağayev isə məlumat verib ki, rəhbərlik etdiyi müəssisədə 37 adda silahın təmiri, eyni zamanda iki növ müdafiə təyinatlı məhsulun istehsalı həyata keçirilir. Zavodda silahların təmiri ilə yanaşı, yararsız silahların utilizasiyası da aparılır.

Tədbirdə Azərbaycan prezidentinin sərəncamı ilə orden, medal və fəxri adlar almış, əmək fəaliyyətində fərqlənmiş şəxslər təltif olunublar.

Geri dön