Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rubl Rusiyanı hərəkətə keçirdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Rubl Rusiyanı hərəkətə keçirdi

Rubl Rusiyanı hərəkətə keçirdi


Mərkəzi Bank gecə yarısı planlaşdırılmamış iclas keçirib
Rusiyada rublun kəskin ucuzlaşması hökuməti təcili addımlar atmağa məcbur edib.

Rusiya Mərkəzi Bankı gecə yarısı planlaşdırılmamış iclas keçirib və uçot dərəcəsini kəskin artırıb.

Mərkəzi Bankın qərarı ilə əsas uçot dərəcəsi 10,5%-dən 17%-ə qaldırılıb. Bu, tənzimləyici orqanın 2014-cü ildə atdığı altıncı belə addımdır. Son bir ildə Mərkəzi Bank uçot dərəcəsini 3 dəfədən çox artırıb. 2013-cü ilin sentyabrında bu rəqəm 5,5% idi.

Verilən açıqlamada qeyd olunub ki, qərarın məqsədi məzənnədəki sərt enişi və inflyasiya riskini önləmək məqsədi daşıyır. Başqa sözlə, indi hökumət bankların əhaliyə verdiyi kreditin həcmini məhdudlaşdırmaq, bununla da dövriyyədə olan rublu azaltmaq istəyir. Hələ ki, buna baxmayaraq rubl dəyərini itirməkdə davam edir. Təkcə ötən gün dollar qarşısında 9%-dən çox ucuzlaşan rubl tarixdə ilk dəfə 60 səviyyəsini aşıb. Hətta bir dollar 62 rubla çatıb. Avro isə 76 dollar civarındadır.

Geri dön