Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Dini qurumlarla iş üzrə və QHT Dövlət Suraları birgə yığıncaq keçirib
Dini qurumlarla iş üzrə və QHT Dövlət Suraları birgə yığıncaq keçirib |
Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə təşkil etdiyi "Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti" mövzusunda konfrans keçirilib. Dövlət himninin oxunmasından sonra konfransı açan DQİDK-nin sədri Mübariz Qurbanlı dövlət-din münasibətlərinin hazırda çox aktual olduğunu və Azərbaycanda bu sahənin sabit və sistemli şəkildə inkişaf etdiyini deyib. Ölkəmizdə müxtəlif dini konfensiyaların azad şəkildə fəaliyyət göstərdiyini bildirən Komitə sədri “din əbasına bürünən qaranlıq niyyətli müxtəlif dairələrin siyasi məqsədlərinin” həyata keçməsinə imkan verilməməsi üçün dövlətin dini icmalar və vətəndaş cəmiyyəti inistitutları ilə yaxından əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Konfransda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev keçirilən toplantının dövlət-din və cəmiyyət münasibətlərinin tənzimlənməsində mühüm əhəmiyyət daşıdığını qeyd edib. Şura sədri ölkəmizdə dinin dövlətdən ayrı olmasına baxmayaraq, cəmiyyət həyatının dindən kənar olmadığını deyib. Dünyada müxtəlif etnik və dini münaqişələrin davam etdiyi hazırkı dövrdə Azərbaycanda möhkəm ictimai-siyasi sabitliyin və dini tolerantlığın mövcud olduğunu deyən Azay Quliyev, bu şəraitin qorunmasında və inkişafında vətəndaş cəmiyyəti inistitutlarının böyük potensiala malik olduğunu və konfransın bu imkandan səmərəli istifadə etmək məqsədi ilə keçirildiyini bildirib. Bir çox beynəlxalq media qurumlarının İŞİD terror quruplaşmasını dünyaya İslam dövləti kimi təqdim etməsinin islam dininə və tolerantlığa zərbə vurduğunu deyən Azay Quliyev din adı altında cəmiyyətimizə daxil olmağa çalışan radikal qruplara qarşı mübarizədə yalnız inzibati resurların yetərli olmadığını, hər bir vətəndaşın bu işdə fəallığının vacibliyini vurğulayıb. Şura sədri dini icmalarla QHT-lərin daha yaxından iş birliyinə nail olmaq üçün konfrans çərçivəsində rəhbərlik etdiyi qurumla DQİDK arasında əməkdaşlıq memorandumu imzalayacaqlarını da qeyd edib. Toplantıda çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova Şuranın və DQİDK-nin cəmiyyət üçün çox mühüm əhəmiyyət kəsb edən sahələrdə dövlət siyasətini uğurla həyata keçirdiklərini və belə qurumların fəaliyyətinin əlaqələndirilməsinin vacibliyini qeyd edib. Həm dini icmalarda, həm də qeyri-hökumət təşkilatlarında dini maarifçilik işini günün tələbləri səviyyəsində təşkil edə biləcək kadr potensialının olduğunu deyən Bahar Muradova mövcud problemlərin həllinin çoxtərəfli əməkdaşlıqdan keçdiyini bildirib. Konfransda məruzə ilə çıxış edən Qafqaz Müsəlmanları Ruhani İdarəsinin aparatının rəhbəri Simnar Həsənov, DQİDK-nin şöbə müdiri Nicat Məmmədli Azərbaycanda dövlət-din münasibətlərinin müvafiq qanunvericiliyə və qarşılıqlı hörmətə əsaslandığını, dünyada mövcud olan etnik-dini konfliktlərin ölkəmizə də ayaq açmasında maraqlı olan qüvvələrin niyyətlərinin qarşısının cəmiyyətimizin bütün təbəqələrinin birgə səyləri nəticəsində alındığını bildiriblər. Rauf Zeyni, Rəna Mirzəzadə, Vüqar Qədirov, Sahib Məmmədov, Niyaməddin Orduxanlı, İndira Şəmsivari, İradə Əliyeva və digər QHT rəhbərləri, Hacı İlham və başqa dini icma rəhbərləri konfransda çıxış edərək iki dövlət qurumu tərəfindən vətəndaş cəmiyyəti inistitutları ilə dini icmaların fəaliyyətinin əlaqələndirilməsi istiqamətində atılan addımı dəstəklədiklərini və bunun real nəticələrinin olacağını deyiblər. Toplantının sonunda Şura sədri Azay Quliyev və DQİDK-nin sədri Mübariz Qurbanlı iki qurum arasında əməkdaşlıq memorandumu imzalayıblar. Mətbuat xidməti Geri dön |