Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Eşitmə və nitq qabiliyyəti zəif olan uşaqlar üçün surdaloji xidmət mərkəzi yaradıldı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Eşitmə və nitq qabiliyyəti zəif olan uşaqlar üçün surdaloji xidmət mərkəzi yaradıldı

Eşitmə və nitq qabiliyyəti zəif olan uşaqlar üçün surdaloji xidmət mərkəzi yaradıldı


davam/az-;n məlumatına görə, “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin ayırdığı vəsait çərçivəsində “Eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün surdaloji xidmət mərkəzinin yaradılması və fəaliyyəti” adlı layihəsini həyata keçirdi.
Layihənin əsas məqsədi kimi eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlara surdaloji xidmət mərkəzi yaradılmaqla həmin uşaqların informasiya almaq hüquqlarının təmin edilməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsi və surda-tərcüməçi ixtisasının inkişaf etdirilməsi üçün təlimlərin təşkilindən, eləcə də bu sahədə mövcud problemlərin həlli istiqamətində təkliflərin verilməsi müəyyən edilib.
6 ay müddətində həyata keçirilən layihə çərçivəsində eşitmə və nitq qabiliyyəti olmayan SİMU-da ünsiyyət, özünəxidmət və sadə əmək vərdişləri formalaşdırılmış, surdo-tərcüməçi ixtisası üzrə peşə hazılğı ilə bağlı kurslar təşkil edilmiş, “Eşitmə və nitq qabiliyyəti olmayan uşaqların tədris-tərbiyə medologiyası” kitabı nəşr edilmiş, eşitmə və nitq qabiliyyəti olmayan uşaqların valideynlərinə sosial – hüquqi məsləhət xidmətləri göstərilib.
Layihənin icra planına uyğun olaraq 17 dekabr Beynəlxalq Mətbuat Mərkəzində “Eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün surdaloji xidmət mərkəzinin yaradılması və fəaliyyəti” adlı layihə ilə bağlı yekun tədbir keçirildir. Tədbirdə layihənin icrasına dair hesabat verilmiş, “Eşitmə və nitq qabiliyyəti olmayan uşaqların tədris-tərbiyə medologiyası” kitabının və SHAİB-in rəsmi internet saytının (www.rsr.az) təqdimatı olmuş, jest dili kursunu bitirənlərə sertifikatlar təqdim olunubdur.
Tədbiri giriş sözü ilə “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin (SHAİB) sədri, BDU-nin professoru Mayis Əliyev açaraq layihə çərçivəsində görülmüş işlər haqqında məlumat vermişdir. Tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Sosial xidmətin təşkili sektorunun müdiri Vüqar Behbudov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov, Əlil Təşkilatları İttifaqının prezdineti Davud Rəhimli və digərləri çıxış ediblər. Müzakirələr nəticəsində layihənin əhəmiyyəti və onun gələcəkdə davamlı olmasının zəruriliyi vurğulanmışdır. Layihənin nəticəsi olaraq hazırlanmış geniş təkliflər paketi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilib. Tədbirin sonunda jest dili kursunu bitirmiş tələbələrə sertifikatlar təqdim edilib.

Geri dön