Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Bakıda dəniz yolu
Bakıda dəniz yolu |
Nobel prospektinə paralel yol 8 hərəkət zolağından ibarət olacaq
"Gələn ilin birinci rübündə Bakının Nobel prospektinə paralel çəkilən dənizkənarı avtomobil yolunun istifadəyə verilməsi nəzərdə tutulub". Bunu AzərTAc-a “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. O həmçinin qeyd edib ki, paytaxtın Nobel prospektinə paralel dənizkənarı avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Bağlantı yollarla birlikdə ümumi uzunluğu 2 kilometrdən artıq planlaşdırılan yol 8 hərəkət zolağından ibarət olacaq. Layihəyə əsasən yolun üstündə 2 dairəvi qovşaq, 3 yeraltı piyada keçidinin tikintisi planlaşdırılır. Artıq piyada keçidlərində tikinti-quraşdırma işləri başa çatdırılıb, indi həmin ərazilərdə abadlıq işləri aparılır. Bundan əlavə, yolda asfalt-beton örtüyünün döşənməsi işinin böyük hissəsi tamamlanıb. P.Mürsəliyev əlavə edib ki, eni 45 metr olacaq yolun bir zolağı nəqliyyat vasitələrinin park edilməsi üçün nəzərdə tutulur. Ayırıcı zolaq və müasir işıqlandırma sistemi nəzərdə tutulan yol istismara verildikdən sonra “Neftçilər” və “Nobel” prospektlərinin yükü xeyli azalacaq. Yaxın gələcəkdə isə həmin yoldan “Ağ şəhər” ərazisinə nəqliyyat bağlantısı yaradılacaq. Geri dön |