Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Serjin qara günü başladı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > Serjin qara günü başladı

Serjin qara günü başladı


Ermənistan saatbasaat pul itirərək daha çox müflisləşir
Ermənistanda maliyyə durumu nəzartdən çıxır. Milli valyuta dram yenə də avroya və dollara baxanda 7 faiz ucuzlaşıb.

Hesablanıb ki, ilin əvvəlindən indiyə kimi dram Amerika və Avropa valyutasına baxanda 30% ucuzlaşıb.

Dünən axşam müxalifətin təşəbbüsü ilə Ermənistan parlamentinin təcili növbədən kənar iclası çağrılıb. O, bağlı qapılar arxasında keçirilib. Amma daha sonra jurnalistlər öyrənib ki, milli valyuta barədə heç bir qərar qəbul edilməyib.

Parlament kuluarlarında ölkənin maliyyə naziri Qaqik Xaçatryan bildirib ki, milli valyutaların devalvasiya prosesi ölkənin başqa ölkələrində də baş verir. Ancaq onun sözlərinə görə, bu proses Ermənistanda həddindən sürətli getdi.

Maliyyə naziri etiraf edib ki, bu mürəkkəb maliyyə durumunun nə qədər davam edəcəyini demək çətindir.

Bununla yanaşı, ölkənin mağazalarında ilkin tələbat mallarınıq qiyməti kəskin bahalaşıb. Özü də bəzi qiymətlər saatbasaat dəyişir. Bu, hər şeydən öncə, xarici valyuta ilə alınan idxal mallarına aiddir. Artıq hesablanıb ki, orta hesabla qiymətlər 1-2 gün ərzində 300-350 dram artıb.

Bu gün respublikadakı valyuta dəyişmə məntəqələrinin çoxu bağlanıb. Çünki onlarda nə Amerika, nə də Avropa valyutaları qalmayıb. Ermənistanın işgüzar dairələri də böyük çətinliklərlə üz-üzə qalırlar. Çünki onlar xaricdəki tərəfdaşları ilə xarici valyuta ilə hesablaşırlar.

Bununla yanaşı, İrəvanda nəşr olunan "Jamanak" qəzeti yazır ki, bu günlərdə respublika daha bir bəd xəbər alıb. Amerikanın "Minilliyin çağırışı" fondu Ermənistanın yardım almaq üçün etdiyi müraciəti geri qaytarıb. Cavabda qeyd edilib ki, rəsmi İrəvan öz xarici siyasət kursu, qəbul olunan qərarları və siyasəti ilə beynəlxalq standartlara uyğun gəlmir.

Geri dön