Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əli Həsənov: Qırmızı xəttə Azərbaycan deyil, Azərbaycanı ittiham edənlər yaxınlaşır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Əli Həsənov: Qırmızı xəttə Azərbaycan deyil, Azərbaycanı ittiham edənlər yaxınlaşır

Əli Həsənov: Qırmızı xəttə Azərbaycan deyil, Azərbaycanı ittiham edənlər yaxınlaşır


Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Tom Malinovskinin Azərbaycan haqda dediklərinə münasibət bildirib.

Əli Həsənov bildirib ki, Tom Malinovskinin müsahibəsində əksini tapan fikirlər reallığı və həqiqəti əks etdirmir: “Azərbaycan ABŞ-la münasibətləri qorumaq və inkişaf etdirmək istiqamətində daha ölçülü-biçili, düşünülmüş addımlar atır. Qarşı tərəfin bəzi dairələri, o cümlədən ABŞ-ı təmsil edən bəzi QHT-lər, insan haqları ilə məşğul olan qurumlar və KİV-lər isə iki ölkənin münasibətlərinə kölgə salan fəaliyyətlə məşğul olurlar. Biz hər zaman iki ölkə arasındakı münasibətlərin prinsipial tərəflərini əks etdirən məsələlərdə lazımi məqamları gözləmişik və gözləməkdə davam edirik. Azərbaycan demokratiya, insan haqları, söz və mətbuat azadlığı kimi məsələlərdə öz prinsiplərinə davamlı olaraq sadiq qalıb. Buna baxmayaraq kimlərsə Azərbaycanın etmədiyi, ölkəmizdəki reallıqlara uyğun olmayan məsələləri bizə təlqin etməyə çalışır.

Hesab edirəm ki, qırmızı xəttə Azərbaycan deyil, Azərbaycanı qırmızı xəttə yaxınlaşmaqda ittiham edən qurumların özləri daha çox yaxınlaşırlar. Azərbaycan öz öhdəliklərinə hər zaman sədaqətli olub, bu gün də sədaqətlidir. Bunun əksini iddia edənlər Azərbaycanın indiyədək ABŞ-la münasibətlərə və öz öhdəliklərinə necə sadiq qalmasına da, ABŞ-ın həmin dairələrinin və onun müttəfiqi olanların Azərbaycanla bağlı öhdəliklərinə necə yanaşmasına da baxsınlar”.

Tom Malinovski “Azadlıq” radiosunun rusdilli “Nastoyaşeye vremya” teleproqramına müsahibəsində deyib ki, ABŞ jurnalist Xədicə İsmayıl da daxil olmaqla Azərbaycanda öz fikrini dinc yolla ifadə etdiyinə və jurnalist fəaliyyətinə görə həbs olunmuş şəxslərin azadlığa buraxılmasını istəyir: “Hazırda biz Azərbaycanın yüksək rəhbərliyi səviyyəsində ciddi müzakirələr aparırıq. Onlar başa düşürlər ki, vətəndaş cəmiyyətini boğmaqla müstəqillik qazanandan bəri mövcud olan ABŞ-Azərbaycan münasibətlərini təhlükəyə atırlar”.

Tom Malinovski bildirib ki, 20 ildən artıqdır Azərbaycan ABŞ-la kifayət qədər yaxşı münasibətlərdə olub. Bununla belə o deyib ki, son aylarda Azərbaycanda baş verənləri başa düşmək ABŞ-a çox çətindir: “Bu addımlar bizim münasibətləri sual altına qoyur. Hazırda biz Azərbaycan hakimiyyəti ilə müzakirələrdə onlara bunu imkan daxilində aydın çatdırmağa cəhd edirik”.

Geri dön