Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Barak Obama Krımın iqtisadi blokadaya alınması ilə bağlı fərman verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Barak Obama Krımın iqtisadi blokadaya alınması ilə bağlı fərman verib

Barak Obama Krımın iqtisadi blokadaya alınması ilə bağlı fərman verib


ABŞ prezidenti Barak Obama Krımın iqtisadi blokadaya alınmasını elan edib.
Qərara əsasən Rusiyanın tərkibinə daxil olan yarımada ilə istənilən iqtisadi münasibətlər qadağan edilib.

Obama Avropa Birliyinin Krım barəsindəki yeni sanksiyalarının qüvvəyə mindiyini xatırladıb: "Mən bu gün, gələcəyə addımlar atan Ukraynadakı vəziyyət barəsində fərman verdim. Fərman Krıma məhsul, texnologiya və xidmətlərin ixracını, eyni zamanda Krımdan məhsul, texnologiya və xidmətlərin idxalını qadağan edir. Bununla yanaşı Krıma sərmayələr qoyulmasına da icazə verilməyəcək" - deyə Obama bəyan edib.

ABŞ prezidenti Rusiyanın Krımı ilhaq etməsi ilə bağlı danışaraq RF-ni kəskin tənqid edib: "Fərmanın məqsədi regionda fəailiyyət göstərən ABŞ-ın aparıcı biznes və korporasiyalarına vəziyyəti izah etməkdən ibarətdir. Mən yenidən Rusiyanı Krımın zəbt edilməsi cəhdindən əl çəkməyə, Ukraynanın şərqində separatçılara dəstək verməyi kəsməyə və beynəlxalq razılaşmalara uyğun olaraq öz öhdəliklərini yerinə yetirməyə çağırıram".

Obama bildirib ki, biz sanksiyaları davam etdirəcəyik və beynəlxalq tərəfdaşlarla sıx əlaqəli şəkildə çalışaraq Rusiyanın hərəkətlərinə cavab verəcəyik.

Geri dön