Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan Milli Təşkilatlarının Urmu Gölü ilə bağlı birgə BƏYANATI
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz > Güney Azərbaycan Milli Təşkilatlarının Urmu Gölü ilə bağlı birgə BƏYANATI

Güney Azərbaycan Milli Təşkilatlarının Urmu Gölü ilə bağlı birgə BƏYANATI


Güney Azərbaycanda Urmu gölünün məqsədyönlü qurudulması siyasəti, milyonlarla Azərbaycan Türkünün öz tarixi torpaqlarından didərgin salınması, millətimizin bütün varlığının fars şovinistləri tərəfindən hədəfə alınmasını aydın şəkildə ortaya qoyur.
Mütəxəsislərin rəyinə ğörə bu gün Urmu gölünün bu vəziyyətə düşməsinə səbəb Urmu gölünə axan çaylar üzərində tikilən çox saylı su bəndləridir. Onların gəldiyi nəticəyə görə, Urmu gölünün 27000 illik çöküntülərinin araşdırılması sübut edir ki, Urmu gölü bu uzun dövr ərzində heç bir quruma təhlükəsi ilə üzləşməyib. Son illərdə onun qurumasının yeganə səbəbi fars hakimiyyətinin apardığı məqsədli siyasətdən qaynaqlanır. Fars mərkəzli siyasi hakimiyyət Urmu gölünü qurutmaqla Azərbaycan Türklərini öz ana torpaqlarından didərgin salmaq, onun milli və mədəni sərvətlərini öz xeyrinə istifadə etmək istəyir.
Fars şovinizminin əsas siyasəti Azərbaycanın tamamilə məhv edilməsinə yönəlsə də, heç şübhəsiz Azərbaycan Türkü bu irqçi və məhvetmə siyasətinə susmayacaq.
Bugünki şəraitdə öz haqlarımızı əldə etmək istiqamətində milli iradəmizi bir bütün olaraq ortaya qoyub, beynəlxalq hüququn verdiyi imkanlardan yararlanaraq dinc etirazlar keçirmək və haqlıetirazlarımızı daha mütəşəkkil formada aparmalıyiq.
Bu səbəbdən çıxış edərək biz Güney Azərbaycan milli təşkilatları olaraq Urmu gölünə axan çayların qarşısında tikilən su bəndlərinin açılması, həbsdə olan bütün milli-mədəni fəalların qeydsiz-şərtsiz və təcili azad edilməsi və Ana dilinin rəsmi olması məqsədi ilə Azərbaycan milli hərəkatı fəallarının 9 Mehrə (1 oktyabr) etiraz çağırışlarını tam dəstəkləyirik və bütün millətimizi bu etirazlara qatılmağa çağırırıq.

Bəyanatı imzaladılar:

Azərbaycan Milli Azadlıq Təşkilatı (AMAT)

Azərbaycan Milli Dirəniş Təşkilatı (AMDT)
Quzey Azərbaycan Milli Dirçəliş hərəkatı Partiyası ( MDHP) Güney Azərbaycan departementi
Dünya Azərbaycanlıları Konqresi (DAK)


Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC)

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)

Görüşümüz : Saat 17.00 Şəhərlərin əsli xiyabanları

Geri dön