Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Dirçəliş Hərəkatı Partiyasının 23 dekabr 2014-cü il Bələdiyyə seçkiləriylə bağlı açıqlaması
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasi partiyalar, Bildiriş > Milli Dirçəliş Hərəkatı Partiyasının 23 dekabr 2014-cü il Bələdiyyə seçkiləriylə bağlı açıqlaması

Milli Dirçəliş Hərəkatı Partiyasının 23 dekabr 2014-cü il Bələdiyyə seçkiləriylə bağlı açıqlaması


Biz, Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) olaraq Bələdiyyə seçkilrinin önəmini olduqca yüksək dəyərləndiririk. Bələdiyyə seçkilərində iştirak etməyi Parlament və Prezident seçkilərindən heç də az əhəmiyyətli saymırıq. Biz hesab edirik ki, yerli özünüidaretmənin gücləndirilməsi, bələdiyyələrin səlahiyyətlərinin artırılması ölkənin iqtisadi, sosial və demoqratik inkişafının ən əsas şərtlərindəndir.
Ona görə də MDHP, 23 dekabr 2014-cü ildə keçirilən Bələdiyyə seçkilərində fəal şəkildə iştirak etdi.
MDHP, bu seçkilərində partiya siyahısı üzrə 357 şəxsin bələdiyyə üzvlüyünə namizədliyinin irəli sürmüşdür. Bundan başqa, partiya siyahısından kənar, fərdi qaydada da 304 partiya üzvü namizədliyini irəli sürmüşdür. Bütövlükdə, MDHP-nın 661 üzvü seçkiyə qatılmaq üçün namizədliklərini irəli sürsələr də, namizədlərin təsdiqi prosesinin gedişində heç də hamısı qeydiyyatdan keçə bilməmişdir. Müxtəlif səbəblərdən bəzi namizədlərin qeydiyyata alınması mümkün olmadı və partiya siyahısı üzrə 63, fərdi qaydada isə 62 nəfər olmaqla, cəmi 125 üzvümüzün namizədliyi təsdiqlənmişdir. Namizədliyi qeydə alınmış bütün üzvlərimiz Bələdiyyə seçkilərində ciddi şəkildə iştirak etdi.
Gün ərzində seçki prosesini müşahidə etmək üçün isə, namizədlərimizin seçkiyə qatıldığı 70 seçki dairəsində müşahidəçimiz oldu. Müşahidə edilən pozuntulara dərhal müdaxilə edildi və aradan qaldırıldı.
Bələdiyyə seçkisi artıq başa çatıb və nəticələr hesablanmaqdadır. MDHP, siyasi mənsubiyyətindən asılı olmayaraq, qələbə qazanacaq bütün namizədləri təbrik edir, fəaliyyətlərində uğurlar arzulayır.
MDHP yerli özünüidarəetmə ilə bağlı geniş platformaya malikdir. Bu platformada nəzərdə tutulan bütün məsələlər müxtəlif vaxtlarda partiya tərəfindən təklif kimi səsləndirilmiş, hətta bir neçə təklif də partiya sədri, millət vəkili Fərəc Quliyev tərəfindən Milli Məclisdə irəli sürülmüşdür.
Biz, partiya olaraq, yerli özünüidaretmənin gücləndirilməsində maraqlıyıq. Bələdiyyələrin səlahiyyətlərinin artırılmasını ölkənin iqtisadi, sosial və demokratik inkişafının ən əsas şərtlərindən biri kimi görürük.
MDHP, Bələdiyyə seçkilərinin nəticələrindən asılı olmayaraq, bundan sonra da yerli özünüidaretmənin nüfuzunun artırılması istiqamətində, malik olduğu Platformanın tətbiq edilməsinə çalışacaqdır.

MDHP Mətbuat Xidməti
23.12.2014

Geri dön