Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan prezidenti dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların əmək haqlarını 10% artırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Azərbaycan prezidenti dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların əmək haqlarını 10% artırıb

Azərbaycan prezidenti dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların əmək haqlarını 10% artırıb


Azərbaycan prezidenti İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb.

Dövlət büdcəsindən maliyyələşən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılıb:

- Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Naxçıvan bölməsinin Aparatı, Elmi İnnovasiyalar Mərkəzi;
- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası;
- Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası;
- Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc);
- “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;
- Azərbaycanda Atatürk Mərkəzi;
- Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;
- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın İşçi Qrupu;
- Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu;
- Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;
- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondu və onun Naxçıvan filialı;
- Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu;
- Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu;
- Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi.

Nazirlər Kabinetinə dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşlarının orta hesabla 10 faiz artırılmasını təmin etmək sərəncamda nəzərdə tutulan qurumlarda çalışan rəhbər və digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərini təsdiqləmək, üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının, habelə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının sərəncama uyğunlaşdırılmasını təmin edib, bu barədə prezidentə məlumat vermək tapşırılıb.

Geri dön