Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Kənan Yavuz: “Rusiya bir addım geri atsa, neftin qiyməti 100 dollardan yuxarı qalxacaq”
Kənan Yavuz: “Rusiya bir addım geri atsa, neftin qiyməti 100 dollardan yuxarı qalxacaq” |
“Gələn il neftin qiyməti 80-90 dollar ətrafında olacaq”
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan “SOCAR-Türkiyə”nin baş icraçı direktoru Kənan Yavuz yerli “Vatan” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, bu rəqəm Rusiyanın Qərblə münasibətlərində tutduğu mövqeyindən əl çəkdiyi zaman dəyişə bilər: “Rusiya geri bir addım atdığında, neftin qiyməti 100 dollardan üstün olacaq. Hazırkı qiymətlərə bel bağlayaraq gələcək addımlarımızı planlaşdırmamalıyıq”. K. Yavuz həmçinin bildirib ki, dünya neft bazarında “gələcəkdə nələrin baş verdiyi yalnız və yalnız ABŞ-ın qərarları ilə bağlıdır”. “Çünki ABŞ-ın şist qazını istehsal edərək, enerji təhlükəsizliyi baxımından müstəqil bir ölkəyə çevrilib”, - deyə o, izah edib. Geri dön |