Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vəfa Quluzadə: Putin aqressiv siyasətini ifşa etdi - imperiyanın çökməsi qaçılmazdır [Müsahibə]
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət, Müsahibə > Vəfa Quluzadə: Putin aqressiv siyasətini ifşa etdi - imperiyanın çökməsi qaçılmazdır [Müsahibə]

Vəfa Quluzadə: Putin aqressiv siyasətini ifşa etdi - imperiyanın çökməsi qaçılmazdır [Müsahibə]


Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş Dövlət müşavirinin Amerikanın Səsinə müsahibəsi





Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş Dövlət müşaviri Vəfa Quluzadə Amerikanın Səsinə müsahibəsində Rusiya prezidenti Vladimir Putinin son mətbuat konfransından danışıb.

Amerikanın Səsi: Rusiya prezidenti Vladimir Putinin son mətbuat konfransını əvvəlki mətbuat konfransları ilə necə müqayisə edərdiniz?

Əgər iqtisadiyyat bu sürətlə çöksə, rubl məzənnəsini bu sürətlə itirsə bütün xalq ağır vəziyyətdə olacaq.
Vəfa Quluzadə: Birincisi mahiyyət etibarı ilə bu mətbuat konfransı əvvəlkilərdən heç nə ilə fərqlənmir. Putin təzə heç nə demədi. Xarici və daxili siyasətdə heç bir yenilik olmadı. Lakin fərq ondan ibarət idi ki, Putin xalqın gözlədiklərini demədi. Ona görə ki, bilmirdi. Putinin gələcəyə proqramı yoxdur və Rusiyanın onun siyasəti nəticəsində düşdüyü böhrandan necə çıxacağını da bilmir. Putin də bunu gözəl nümayiş etdirdi. Nümayiş etdirdi ki, bilmir nə vaxt böhran qurtaracaq. Onun dediyinə görə ən azı iki ildən sonra. Bu da o deməkdir ki, əgər iqtisadiyyat bu sürətlə çöksə, rubl məzənnəsini bu sürətlə itirsə bütün xalq ağır vəziyyətdə olacaq. Bu xalqa nə cür kömək etmək, nə etmək?, - bunların heç birinə Putin cavab vermədi.

Amerikanın Səsi: Xarici siyasət kursu ilə bağlı daha hansı yenilikləri dedi?

Bu tamamilə çürük, mənasız xarici siyasətdir. Rusiyanı aqtressiv bir imperiya kimi ifşa edən siyasətdir.
Vəfa Quluzadə: Putinin vəziyyəti ağırdır. Çünki xarici siyasətdə Putin böyük səhvə yol verdi. Ukraynaya hücum, Krımın ilhaqı, Ukraynanın cənub-şərqində müharibə etməsi və bunu danması. Bilirisiniz bu tamamilə çürük, mənasız xarici siyasətdir. Rusiyanı aqtressiv bir imperiya kimi ifşa edən siyasətdir. Bunların hamısını inkar etdi. Rusiyanın orada müharibə aparmağını inkar etdi. Krımın ilhaqına bəraət qazandırdı. Yəni yeni heç nə demədi. Ona görə də Rusiyanın əleyhinə olan sanksiyalar davam edəcək. Rusiyanın iqtisadiyyatı çökməkdə davam edəcək. 2008-ci ildə, ondan əvvəlki illərdəki böhranlarda rubl aşağı düşdü, Rusiya böhrandan bir təhər çıxdı. İndi vəziyyət bam-başqadır. İndi vəziyyət elədir ki, Rusiyanın Amerika, Avropa ilə iqtisadi ilişikləri ona gətirib çıxarır ki, bunsuz Rusiya yaşaya bilmir. Eyni zamanda da Rusiya ABŞ-ı da, Avropanı da müharibə ilə, nüvə silahı ilə hədələyir. Onlar da belə dövlətə sözsüz ki, heç bir yardım etməyəcəklər.

Amerikanın Səsi: Putinin son çıxışı daxili siyasətlə bağlı nə dedi? Rusiyanın daxili siyasətinin gələcəyi necə olacaq?

Purin və onun administrasiyasının vəziyyəti çıxılmazdır.
Vəfa Quluzadə: Sovet İttifaqı çökəndə bəzilərində belə ümid yarandı ki, bəlkə Rusiyada demokratikləşmə prosesləri getsin. Yeltsinin dövründə demokratikləşməyə oxşayan addımlar oldu. Lakin imperiyada demokratikləşmə mümkün deyil. Putin də KQB-çi, çekist kimi dövlət başına gələndə o rüşeymlərin hamısını məhv etdi. Rusiya inkişaf etmək üçün gərək orada qanunun aliliyi olsun, demokratiya olsun, biznesə azadlıq olsun, xalqa azadlıq olsun. Bunların hamısını çıxanda ölkə çökür. Bunların hamısı olanda da, olmayanda da imperiya çökür. Ona görə də Purin və onun administrasiyasının vəziyyəti çıxılmazdır. Bu imperiyanın çökməsi qaçılmazdır. Olacaqdır.

Amerikanın Səsi: Vladimir Putinin son bəyanatları ilə Azərbaycan dövlət rəhbərlərinin bəyanatları təxminən üst-üstə düşür. Azərbaycan vəziyyətdən çıxış üçün nə etməlidir?

Azərbaycanın siyasəti ilə Rusiyanın, ya Qazaxıstanın, ya Tacikistanın siyasəti arasına çox böyük oxşarlıqlar var. Bəlkə də eyniliklər var.
Vəfa Quluzadə: Azərbaycanda bu cür bəyanatlar heç də təəccüblü deyil. Nəyə görə? Ona görə ki, Rusiya da, Azərbaycan da, Qazaxıstan da, bütün indiki müstəqil, keçmiş Sovet respublikalarının hamısı Rus imperiyasının hissələridir. Ona görə, Azərbaycanın siyasəti ilə Rusiyanın, ya Qazaxıstanın, ya Tacikistanın siyasəti arasına çox böyük oxşarlıqlar var. Bəlkə də eyniliklər var. Rusiya böyük böhran qarşısındadır. O böhranın təsirləri bütün MDB ölkələrinə böyük təsirlər edəcəkdir. Rusiyadakı dəyişikliklər bu ölkələrə də təsir edəcəkdir.

Geri dön