Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Ermənilərə 170 milyonluq sillə
Ermənilərə 170 milyonluq sillə |
Bədnam qonşularımız KamAZla bağladığımız müqavilədən əndişələniblər
"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi ilə Rusiyanın "Kamaz" zavodu arasında dekabrın 22-də imzalanan ikitərəfli müqavilə Ermənistanda böyük narahatlıqla qarşılanıb. Belə ki, erməni mətbuatı Rusiyanın bu addımını müttəfiq saydığı Ermənistana böyük zərbə kimi qiymətləndirib. "Ermənistana 170 milyonluq sillə" adlı məqalədə deyilir ki, Rusiya faktiki olaraq, Azərbaycanı ayaqdan-başa kimi silahlandırmır, hətta belə addımlarla Ermənistanın ünvanına təhdidlər səsləndirir və vaxtaşırı bunu həyata keçirməyə çalışır. Həmçinin Azərbaycanla iqtisadi münasibətlər qurur, bu ölkə ilə energetika, sənaye sektoru üzrə investisiya qoyur. Ermənistan Moskva üçün yalnız siyasi törəmədir, heç bir iqtisadi maraq kəsb etmir. Rusiya ilə Azərbaycan arasındakı bu iqtisadi saziş sadəcə Avrasiya İqtisadi İttifaqının 170 milyonluq bazarı haqqında mif yaradır. Həqiqətdə isə 170 milyonluq sillə Ermənistana vurulacaq. Yazıda çıxış yolu kimi göstərilir ki, bütün bunlara paralel olaraq, Ermənistan əlbəttə, Rusiya investisiyaları üçün mübarizə aparmalıdır, Rusiyanın Azərbaycana sərmayə qoymasından küsməməlidir. İnciklik və ya başqa belə reaksiyalar uşaq oyunudur. Söhbət böyük siyasətdən, mürəkkəb geosiyasi oyunda rəqabətə davamlılıqdan, təhlükəsizliyin təmin olunmasından və başqa maraqlardan gedir: "Ermənistanın maraqları Rusiya investisiyasının Azərbaycana yatırılmasına paxıllıq etmək yox, Rusiyadan Ermənistan iqtisadiyyatının yüksək səviyyəyə qaldırılması üçün alternativ imkanlar axtarmağı, daxili resursları dirçəltməyi və Qərb, İran və Çin ilə əlavə mənbələrin axtarışlarını həyata keçirməyi tələb edir. Məqalədə təəssüf hissi ilə vurğulanır ki, Azərbaycan-Rusiya sazişi bizim üçün sübutdur. Rusiyanın strateji maraqları, iqtisadiyyat, təhlükəsizlik və başqa sahələrdə Ermənistanla "ittifaq" yalnız kağız üzərindədir. Xatırladaq ki, "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi ilə Rusiyanın "Kamaz" zavodu arasında imzalanan sənədə görə, 2015-ci ilin əvvəlindən başlayaraq Gəncədə müxtəlif modeldə yüksək keçidli, ağır tonnajlı avtomobillərin yığımına start veriləcək. Uzunmüddətli əməkdaşlığı nəzərdə tutan müqaviləyə əsasən yığılacaq "Kamaz"ın ilk zamanlar Azərbaycan bazarında, sonralar isə xarıcı bazarlarda satışı nəzərdə tutulur. Geri dön |