Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Düşünülmüş, ağıllı və prinsipial siyasət ili olacaq”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > “Düşünülmüş, ağıllı və prinsipial siyasət ili olacaq”

“Düşünülmüş, ağıllı və prinsipial siyasət ili olacaq”


Partiya sədri başa çatmaqda olan ilin siyasi yekunlarını qənaətbəxş hesab edir, 2015-ci ilin də uğurlu olacağına inanır.

2014-cü il başa çatmaqda, müxtəlif siyasi proseslərlə tarixə yazılmaqdadır. Artıq ilin siyasi yekunları da müzakirə edilməkdədir. O cümlədən qarşıdan gələn 2015-ci ildən gözləntilər də açıqlanmaqdadır. Bu ilin ölkəmiz üçün necə keçdiyi və hansı hadisələrlə yadda qaldığı haqda partiya sədrlinin fikirlərini öyrəndik.


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bu ilin ölkəmiz üçün kifayət qədər uğurlu keçdiyini söylədi: “İlk olaraq ən yaralı mövzumuz olan Dağlıq Qarabağ münaqişəsi haqda danışmaq istərdim. Hamı bilir ki, bu problem süni şəkildə yaradılıb və Azərbaycan üçün müəyyən çətinliklər törədilir. Azərbaycanın öz əlində olsaydı, bu problem çoxdan həll olunmuşdu və bu vaxta qədər uzadılmazdı. Təəssüf ki, mövzu beynəlxalq elementə çevrilib və böyük güclər bundan Azərbaycana pressinq tətbiq etmək üçün istifadə edirlər. Münaqişənin siyasi tərəfləri ilə yanaşı, iqtisadi tərəfləri də var. Belə ki, işğal olunmuş 20 faiz torpaqdan Azərbaycan büdcəsinə maliyyə vəsaiti daxil olmur. Halbuki o ərazilərdə təbiətin bəxş etdiyi nə qədər zənginlik olduğunu bilirsiniz. Təbii şəraiti olduqca mükəmməl olan ərazilərin işğalda qalması ilə həddən artıq yüksək maliyyə itiririk. Torpaqlarımız işğalda olmasaydı, ölkədə sosial-iqtisadi vəziyyət daha yüksək olardı. Bundan əlavə, Azərbaycan bir milyondan artıq qaçqına da sahib çıxaraq onların sosial həyatını təmin edir, mənzil şəraitlərini yaxşılaşdırır”.

F.Quliyev qeyd etdi ki, bu il dünyada böhran ili sayılsa da, Azərbaycan bunu hiss etmədi: “Bu məqam bir daha göstərir ki, ölkənin siyasi xətti doğrudur. Prezident başda olmaqla, ölkədə siyasi iradə var. Vətəndaşlar mühüm mövzularda həmrəy olmağı, birlik nümayiş etdirməyi bacarırlar. Sevindirici haldır ki, ölkə əhəmiyyətli mövzularda fərqli düşüncələr yoxdur. Ona görə də Azərbaycanda qarşıdurma yaratmağa çalışan adamlar, dövlətlər, qüvvələr buna nail ola bilmirlər. Azərbaycan xalqı sayıq davrandı və siyasi sabitliyi qoruyub saxladı. Təsadüfi deyil ki, ilin sonunda iqtidar və müxalifət arasında dialoq başlaması üçün görüş baş tutdu”.

Partiya sədrinin fikrincə, gələn il ölkəmiz üçün bir qədər çətin keçə bilər: “Çünki qonşu Rusiyada vəziyyət gərginləşə bilər. Buna səbəb Ukraynada baş verənlər, neftin qiymətinin aşağı düşməsi və s səbəblərdir. Yaxın dövlət olduğumuza görə gedişat biz də təsirsiz ötüşməyə bilər. Amma mənə elə gəlir ki, Azərbaycan bu kimi hallara hazırdır və imkanlarımız gələn il dövləti problemsiz çıxarmağa imkan verəcək”.

Şəfa Tapdıq

Geri dön