Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yeni ildə maaşlar artacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Yeni ildə maaşlar artacaq

Yeni ildə maaşlar artacaq


Millət vəkili Əli Məsimli gələn il üçün xoş proqnoz verdi
Azərbaycanın iqtisadiyyatı bu il müsbət dinamika nümayiş etdirərək artamaqda davam edir. Neftdənkənar sahələrin artım tempi isə ÜDM-in artım tempini 3 dəfəyə yaxın ütsələdi. 2014-cü ilin 2-ci yarısından nefin qiyməti aşağı düşməyə başlasa da, bu ilin büdcəsində elə bir ciddi problem yaşanılmadı. Rusiya rublundan fərqlı olaraq bizdə milli valyutanı-manatı nisbi sabit saxlanıldı və gələn il də saxlamaq mümkün olacaq.

Bunu Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar insitutunun rəhbəri Əli Məsimli ilin yekunları ilə bağlı danışarkən deyib.

O bildirib ki, indi strateji valyuta ehtiyatlarımız 55 milyarda dolara çatır ki, bu da 3 illik mal və xidmət idxalına kifayət edər. Rusiyanın 400 milyard dollar strateji valyuta ehtiyatının yalnız 300 milyard dollara qədəri likviddir. Bunun müqabilində Rusiyanın üst-üstə 680 milyard dollar borcu var ki, onun 100 milyard dollardan artığını 2015-ci ildə qaytarmalıdır. Azərbaycanın 5 mlyard manat və ya 6,4 milyard dollara yaxın xarici dövlət borcu var. Rusiyanın strateji valyuta ehtiyatları məcmu xarici dövlər borcundan 1,6 dəfə az, Azərbaycanın strateji valyuta ehtiyatlarlı isə xarici dövlət borcundan 8,6 dəfə dəfə çoxdur.

Onun sözlərinə görə, bütün bu müqayisələr əyani şəkildə göstərir ki, 2014-cü ildə dünya neft bazarında baş verənlər dünya iqtisadiyyatını nə qədər silkələsə də, Rusiyada yaşanılan şok olaylar Azərbaycanda tam şəkildə təkrarlanmadı və gələn il də təkrarlana bilməz. Çünki Rusiya ilə müqayisəsdə Azərbaycanın iqtisadi manevr imkanları daha güclüdür.

Ə.Məsimli iqtisadiyyatda müsbət dinamizimin gələn ildə davam edəcəyini, neftdənkənar sahənin artım templəri ÜDM-in artım templərini nəzərəçarpan dərəcədə üstəyəcəyini deyib: "Manat nisbi sabitliyini saxlayacaq. İdxal inflyasiyası bir qədər artsa da, inflyasiya səviyyəsi MDB ölkələrinin orta statistik səviyyəsindən aşağı olacaq. Maaşlar bir qədər artacaq."

O, deputat kimi fəaliyyətindən də danışıb: "Əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də qanun yaradıcılığı sahəsindəki işimizi davam etdirdik. Əvvəllər təqdim etdiyimiz “Təhsil kreditləri haqqında” qanun layihəsinin ardınca, bu il deputat həmkarım Vahid Əhmədovla birlikdə hazırlayıb təqdim etdiyimiz “Reklam haqqında”qanun layıhəsi də Milli Məclisin İqtisadi siyasət komitəsində müzakirə edildi və plenar iclasa tövsiyə olundu. Çox güman ki, 2015-ci ilin yaz sessiyasında bu qanun müzakirəyə çıxarılacaq.

Parlament üzvü həm deputat olduğum dairədə, həm də Milli Məclisdə qəbullar zamanı seçicilərlə görüş, parlamentin komitələrində və plenar iclaslarda müzakirə olunan qanun layihələri və qanunlara əlavə və dəyşikliklərə dair rəy və təkliflrin gələn ildə də davam etdiriləcəyini diqqətə çatdırıb.

Geri dön