Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Milli Məclisi uydurma “erməni soyqrımı” ilə bağlı qərara etiraz olaraq Fransa Senatına müraciət qəbul edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Azərbaycan Milli Məclisi uydurma “erməni soyqrımı” ilə bağlı qərara etiraz olaraq Fransa Senatına müraciət qəbul edib

Azərbaycan Milli Məclisi uydurma “erməni soyqrımı” ilə bağlı qərara etiraz olaraq Fransa Senatına müraciət qəbul edib


Azərbaycan Milli Məclisi uydurma “erməni soyqrımı” ilə bağlı qərara etiraz olaraq Fransa Senatına müraciət qəbul edib.

Müraciətin mətnini deputat Sahibə Qafarova səsləndirib.

Müraciətdə deyilir ki, Azərbaycan Fransa parlamentinin qərarında son dərəcə narahatdır: “Biz Sizi tam aydın olmayan uzaq tarixi hadisələrə ehtiyatla yanaşmağa çağırırıq. Şübhə yoxdur ki, qəbul ediləcəyi təqdirdə bu qanun demokratik quruluşun təməli olan insan hüquq və azadlıqları sırasında əsas yer tutan söz və fikir azadlıqlarına ziddir. Lap yaxın keçmişdə, 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərinin yüzlərlə dinc sakini yalnız azərbaycanlı olduğuna görə Ermənistan Silahlı Qüvvələri tərəfindən vəhşicəsinə öldürülüb. Bütün bunlar nəzərə alınarsa, tarixi hadisələrə birtərəfli mövqe ilə qiymət vermək cəhdləri tarixi həqiqətlərə hörmətsizliklərə gətirib çıxara bilər”.

Müraciətdə o da vurğulanır ki, belə bir qanunun qəbulu Dağlıq Qarabağ münaqişəsinin dinc həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın obyektivliyini şübhə altına alacaq: “Ona görə də Azərbaycan Milli Məclisi Fransa Senatındakı həmkarlarını adıçəkilən məsələnin müzakirəsi zamanı diqqətli və həssas olmağa, qanunu qəbul etlməməyə çağırır”.

Sonra müraciət səsə qoyularaq qəbul edilib.

Geri dön