Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Abbas Lisani: Səssiz qalaraq bizə işgəncə verənlərin tövsiyəsinə əməl etmiş oluruq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə > Abbas Lisani: Səssiz qalaraq bizə işgəncə verənlərin tövsiyəsinə əməl etmiş oluruq

Abbas Lisani: Səssiz qalaraq bizə işgəncə verənlərin tövsiyəsinə əməl etmiş oluruq


Güneyli tanınmış fəal İranda açıq məhkəmə tələbi ilə bağlı müraciətini Amerikanın Səsinə açıqlayıb


“İran məhkəmələri bizi başqa ölkələrə bağlı olmaqda günahlandırırlar. O zaman bizi ümuma açıq məhkəmələrdə mühakimə etsinlər ki, kimə bağlı olub-olmadığımızı xalq da görsün”. Bunu Amerikanın Səsinə müsahibədə tanınmış güneyli fəal Abbas Lisani bildirib.


Qapalı məhkəmələrdə mühakimə edilməyi rədd edərək çağırıldığı İran İnqilab Məhkəməsində iştirakdan imtina edən sabiq siyasi məhbus açıq məhkəmə tələbi ilə bağlı müraciətini Amerikanın Səsinə açıqlayıb.

Ərdəbil vilayətində yaşayan fəal açıq məhkəmə tələbinə dair vilayətin məhkəmə qurumuna müraciət edib.

Bir siyasi fəal kimi jüri heyətinin qatıldığı, habelə qapılarının jurnalistlər və ümum əhaliyə açıq olduğu bir məhkəmədə mühakimə edilmək mənim haqqımdır. Artıq qapalı məhkəmələrdə hazır olmayacağam.
Abbas Lisani
“Mən daha öncə bir məktubda, əslində bir layihədə, açıq məhkəmə istədiyimi onlara açıqlayıb, bundan sonra qapalı məhkəmələrdə hazır olmayacağımı bildirmişdim,” deyə söyləyən Lisani siyasi bir fəal kimi jüri heyətinin qatıldığı, habelə qapılarının jurnalistlər və ictimaiyyətə açıq olduğu bir məhkəmədə mühakimə edilmə haqqına sahib olduğunu vurğulayır.

Ərdəbilli fəalın sözlərinə görə, onu keçən illərdə Urmiyə gölü üçün keçirilmiş etiraz aksiyalarıyla bağlı məhkəməyə çağırsalar da, bir çox digər mövzuları da gündəmə çıxarıblar:

“2011-ci ildə Ərdəbildə Urmiyə gölü ilə bağlı aksiya keçirmək üçün elanlar yayılmışdı... O zaman 160 nəfəri nəzarət altına aldılar, mən də onlardan biriydim. Amma, mənim məhkəməmdə Urmiyə gölü məsələsi kölgədə qalıb, onlar keçmişdə gördüyüm işləri gündəmə gətirdilər. O işlərin çoxu keçmiş məhkəmələrdə də gündəmə çıxmışdı və onların dediyi kimi, cəzaları da verilmişdi.”

Ərdəbil məhkəmə qurumu Abbas Lisaninin tələbini qəbul etmədiyi üçün o da məhkəmədə iştirak etməyib. Məhkəmə məsulları Lisaninin tələbini haşiyə çıxarmaq olaraq dəyərləndirib.

Səssiz qalaraq bizi işgəncə edənlərin tövsiyəsinə əməl etmiş oluruq, çünkü onlar bizdən istəyirlər haqqımızda xəbər yayan media və saytlardan bizdən yazmamalarını istəyək...
Abbas Lİsani
“Onlara dedim ki, bu haşiyə deyil, tam da mətnin özüdür... İran məhkəmələri bizim başqa ölkələrə bağlı olduğumuzu iddia edir. Buna görə də, məhkəmə açıq olsun ki, xalq da bizim haraya bağlı olub-olmadığımızı açıqca görsün,” deyə Lisani açıq məhkəmə tələbini öz vətəndaşlıq haqqı kimi qiymətləndirir.

Amnesty International tərəfindən vicdan məhbusu adlandırılmış milli fəal Amerikanın Səsi ilə müsahibədə həmçinin güneyli milli fəalları həbs və mühakimə proseslərində üzləşdikləri haqsızlıqlara etiraz edib və öz fərdi hüqularını müdafiə etməyə dəvət edib.

Onun dediklərinə görə, “hər bir fərd, hər bir ölkənin vətəndaşı öz haqlarını tanımalıdır. Xüsusilə bütün toplumun hüququnu müdafiə edən elit təbəqə öz haqlarını daha artıq tanımalıdırlar.”

Abbas Lisani habelə güneyli fəalların həbs və işgəncə kimi təzyiqlərə məruz qalma halları ilə bağlı xəbərlərin yayılmasının əhəmiyyətini önə çəkib.

“Səssiz qalaraq bizi işgəncə edənlərin tövsiyəsinə əməl etmiş oluruq, çünki onlar bizdən haqqımızda xəbər yayan media və saytlardan bizdən yazmamalarını tləbə etməyimizi istəyirlər,” deyə o milli fəalları üzləşdikləri basqıları media ilə paylaşmağa çağırır.

Sabiq siyasi məhbus həmçinin kiçik oğlunun İranın təhlükəsizlik qurumuna çağrıldığını bildirib:

“Telefon ediblər. Anası, Rüqəyyə xanım cavab verib. Oxtayın Ettelaata getməsini istəyiblər... Həyat yoldaşım isə deyib ki, oğlum qeyri-qanuni bir iş görmüşsə, onu rəsmi bir şəkildə məhkəmə tərəfindən çağırın.”

Geri dön