Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Təhsil naziri əmr verdi
Təhsil naziri əmr verdi |
Məktəb rəhbərləri apreldə nazirliyə hesabat göndərəcəklər
Təhsil Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə əmr imzalayıb. Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, şagirdlərin mütaliəyə həvəsləndirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına yönəlmiş fəaliyyət planı hazırlayıb icrasını təmin etsinlər. Hər il yenilənməklə şagirdlərə mütaliə edilməsi tövsiyə olunan Azərbaycan və xarici ölkə yazıçılarının əsərlərinin təxmini siyahısının hazırlanması, məktəb kitabxanalarının yeni nəşrlərlə zənginləşdirilməsi, bunlarda dərs ili ərzində bədii əsərlərin oxuşunması və müzakirəsinin təşkili tapşırılıb. Bundan əlavə məşhur yazıçıların, o cümlədən ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüş yazıçıların, eləcə də tanınmış Azərbaycan ədiblərinin yaradıcılığı və əsərlərinin məzmunu haqqında şagirdlərə məlumatların çatdırılması yolu ilə onlar bu əsərləri mütaliə etməyə istiqamətləndiriləcək. Şagirdlər oxuduqları və ya oxuyacaqları əsərlər əsasında hazırlanmış teatr tamaşaları aparılması və onların müzakirəsi, oxuduqları əsərlər üzrə məktəblərdə şagirdlərin iştirakı ilə fraqmentlər şəklində səhnələşdirilmiş tamaşa nümunələri təşkil ediləcək. Məktəblərdə “Ən fəal oxucu”, “Bədii əsər haqqında ən yaxşı inşa”, “Bədii əsər barədə ən mükəmməl rəy” müsabiqələrinin, ədəbi-bədii qiraət gecələrinin, hekayə axşamları keçirilməcək. Əmrin yerinə yetirilməsinin gedişi barədə 2015-ci ilin aprelində nazirliyə hesabat göndəriləcək. Geri dön |