Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məhəmməd Rza Ləvayi: Balaca Qara Balıq Güney Azərbaycan dirəniş ədəbiyyatının simvoludur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə > Məhəmməd Rza Ləvayi: Balaca Qara Balıq Güney Azərbaycan dirəniş ədəbiyyatının simvoludur

Məhəmməd Rza Ləvayi: Balaca Qara Balıq Güney Azərbaycan dirəniş ədəbiyyatının simvoludur


Məhəmməd Rza Ləvayi “Amerikanın Səsi”nə güneyin müqavimət ədəbiyyatı haqda danışır.
“Güneyin dirəniş ədəbiyyatı, bu şəkli ilə, Türkiyə ya Quzey Azərbaycanda yoxdur. Bu, sömürgə altında yaşayan xalqlarda olur,” deyə güneyli şair və yazar Məhəmməd Rza Ləvayi “Amerikanın Səsi” ilə söhbətdə güneyə məxsus siyasi şərtlərə müvafiq olaraq yaranan müqavimət ədəbiyyatını təsvir edir. Hazırda ABŞ-da (Amerika Birləşmiş Ştatları) mühacirətdə yaşayan yazar Güney Azərbaycanda formalaşan “dirəniş ədəbiyatı”nın xüsusiyyətlərini anlatmaqla yanaşı “ədəbiyyatın dirənişi” olaraq adlandırdığı bir prosesdən bəhs edir.

“Güney Azərbaycanda türk ədəbiyyatı özünü hakim ədəbiyyatın basqısı qarşısında da qorumağa çalışır...” deyə o, “ədəbi dirənişi” izah edir.

“Teror və Azadlıq”, “Balıqlar” və “Sonra ürəyimi onlara verdim” kimi kitabların yazarı müstəqil bir ədəbiyyatın ortaya çıxma prosesini müstəqil bir siyasi coğrafiyanın yaranması prosesi ilə müqayisə edir.

Ləvayinin fikrincə, “güneydə yaranmaqda olan dirəniş ədəbiyyatı kənara atılmışlıq və sual sorma özəlliyi ilə Türkiyə və Azərbaycan Respublikasında inkişaf edən ədəbiyyatdan fərqlənir.”

“Kimliyi inkar edilən, şiddət və assimilyasiyaya məruz qalan Güney Azərbaycan ədəbiyyatçısı özünü ədəbiyyatında qorumağa çalışır. Ədəbiyyatını həm dil həm də fəza baxımından qorumaq üçün cəhd edir... Həm quzey həm də Türkiyə ədəbiyyatına yanaşır ama ikisindən də fərqlidir,” deyə o qeyd edir.

Ləvayi eyni zamanda güneydəki müqavimət ədəbiyyatının Azərbaycan Respublikası və Türkiyədən aldığı təsirin də önəmli olduğunu deyir:

“Bunlar hamısı türk ədəbiyyatıdır. Buna görə, güney ədəbiyyatı həm Türkiyə həm də Azərbaycandan çox şeylər alır... Sadəcə dil deyil, düşüncə də alır.”

Məhəmməd Rza Ləvayi dünya şöhrətli güneyli yazar Səməd Behrənginin məşhur “Kiçik qara balıq” əsərinin qəhrəmanını güneydəki müqavimət ədəbiyyatının simvolu olaraq gördüyünü ifadə edir.

“Qara balıq dirənir və bütün düşmənlərini, balıq tutan quşları, içəridən məhv edir... Xəncəri ilə onların qarnını içəridən söküb qurtuluşa çatır. Yəni tam bir içsəl dirəniş,” deyə Ləvayi Behrənginin fars dilində qələmə aldığı əsərin qəhrəmanını vəsf edir.

Sabiq siyasi məhbus habelə güneydəki ədəbiyyatın “xatirə anlatmaq” və “keçmişə qayıdış” kimi xüsusiyyətləri, habelə kimlik unsuruna verdiyi önəmi şərh edir.

O, güney ədəbiyyatınının bəzi xüsusiyyətlərində Latın Amerikası ədəbiyyatı ilə oxşarlıqlar görür.

Audionu dinləmək üçün qaynağımız olan aşağıdakı LİNKə müraciət edə bilərsiniz:

http://www.amerikaninsesi.org/content/mehemmed-rza-levayi/2587159.html

Geri dön