Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 8% artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 8% artıb

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 8% artıb


Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 2011-ci il dekabr ayının 1-nə 9 852,8 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-ECONOMICS»ə verilən məlumata görə, kreditlərin 33%-i ev təsərrüfatlarına verilib.

Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin payı 29,3%, nəqliyyat və rabitə sahəsinin payı 3,9%, sənaye və istehsalın payı 6%, energetika, kimya və təbii ehtiyatlar sahəsinin payı 3,2%, kənd təsərrüfatı və emalın payı 4,9%, inşaat və əmlak sahəsinin payı 7,9%, digər sahələrin payı isə 0,5% təşkil edib.

Dekabrın 1-nə kreditlərin 3 093,9 mln. manatı və ya 31,4%-i qısamüddətli, 6 758,9 mln. manatı və ya 68,6%-i isə uzunmüddətli kreditlərin ayına düşüb.

Dövlət bankı tərəfindən iqtisadiyyata 3 272,3 mln. manat (33,2%), özəl banklar tərəfindən 6 329,0 mln. manat (64,2%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 251,5 mln. manat (2,6%) kredit qoyulub.

Kreditlərin 6 271,6 mln. manatı və ya 63,7%-i manatla, 3 581,1 mln. manatı və ya 36,3%-i xarici valyuta ilə verilib. Kredit qoyuluşlarının 636,7 mln. manatı və ya 6,5%-i vaxtı keçmiş kreditlərin payına düşüb.

Geri dön