Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Erməni-rus qardaşlığına son
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Erməni-rus qardaşlığına son

Erməni-rus qardaşlığına son


Politoloq: "Bu, rus əsgərinin erməni xalqına nifrətini göstərir"
Ermənistanın Gümrü şəhərində ötən gün rus hərbçisi Valeri Permyakov tərəfindən bir ailənin 6 üzvünün güllələnərək öldürülməsi ölkə daxilində cərəyan edən mövcud olan gərginliyin daha da artmasına səbəb olub. Eyni zamanda bu hadisə Ermənistan-Rusiya münasibətləri üçün yeni təhlükəli məqamların yaranmasına yol açır.

Politoloqlar və hərbi ekspertlər baş verən hadisənin iki ölkə arasındakı əlaqələrdə ciddi problemlərin baş verəcəyini ehtimal edirlər.

Politoloq Qabil Hüseynli ANS PRESS-ə deyib ki, bu hadisənin uzağa gedən nəticələri olacaq. Erməni kinli xalqdır, həmişə belə şeyləri yaddaşında saxlayır və bunu mənfi enerjiyə çevirir: "Bu, oradakı rus əsgərlərinin birinci hərəkəti deyil. Rus əsgərləri tərəfindən orada soyğunçuluq, qarət, yerli əhaliyə sataşmaq və s. neqativ hallar dəfələrlə baş verib. Amma indi 6 nəfərin güllələnməsi, bu, rus ordusu əsgərinin vəhşiliyini və erməni xalqına olan nifrətini əks etdirir.

Onun sözlərinə görə, bu, öz ərazisində yad bir dövlətin hərbi bazasını saxlamaq və ona güvənmək nə qədər təhlükəli olduğunu göstərir. Yəni, dostluqdan, qardaşlıqdan, tarixi keçmişdən dəm vurmalarına baxmayaraq, rus militarist təfəkkürü istənilən an hər hansı xalqın suverenliyinə, onun əhalisinin dincliyinə qarşı çıxa bilər.

Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Ermənistan prezidentinin Təhlükəsizlik Şurasının təcili iclasını çağırması, orada baş vermiş hadisəni müzakirə etməsi və sonra Rusiyaya nota göndərilməsi - bütün bunlar onu göstərir ki, iki ölkə arasında münasibətlər kəskinləşəcək, ən azından Rusiyanın Ermənistandakı bazalarının statusunun daha dəqiq müəyyənləşdirilməsi və onların daxili asayiş qaydalarına riayət etməsinin prinsipləri, bəlkə də həmin bazaların Ermənistana tabe etdirilməsi kimi müxtəlif məsələlər gündəmə gələ bilər.

Q.Hüseynli bildirib: "Bir sözlə, bu məsələ hələ çox uzanacaq və Ermənistan ilə Rusiya arasındakı münasibətlərin daha aydın səmtə istiqamətlənməsi üçün hələ çoxlu danışıqlar və ziddiyətlər olacaq."

Hərbi ekspert Üzeyir Cəfərov bu hadisənin məqsədyönlü şəkildə baş vermədiyini düşünür: "Ermənistanda yerləşən 102-ci hərbi bazanın əsgərlərinin seçimində müəyyən problemlər var. Bu hadisə Rusiya hərbi rəhbərliyi tərəfindən ciddi araşdırılacaq. Çünki Ermənistandakı narazılıqlar ikitərəfli münbasibətlərə xələl gətirəcək səviyyəyə qalxa bilər. Dünən, böyük narazılıqlar olub. Əsgər artıq saxlanılıb və indi araşdırma aparılır ki, bu nədən baş verib."

O diqqətə çatdırıb ki, sadəcə, ora seçilən hərbçilərin keyfiyyət baxımından problemləri var. Erməniləri güllələyən rus əsgəri Valeri Permyakovun ola bilsin psixi problemi olub. İstənilən halda, o, 6 nəgfəri öldürüb və yəqin bununla bağlı ciddi tədbirlər görüləcək.

Digər tərəfdən, zənnimcə, bu, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandiri Andrey Ruzinskinin sonu deməkdir. Çünki, o, bundan əvvəl də ciddi xətalara yol vermişdi. O, həmin xətalara görə prezident Vladimir Putinin Ermənistana səfəri zamanı Ali Baş Komandana təqdim olunmamışdı. Onun yerinə başqa şəxslər təqdim olunmuşdu. İndi rus əsgəri Permyakovun bir ailənin 6 nəfər üzvünün qətlə yetirməsi 102-ci hərbi bazada ciddi kadr dəyişikliyinə gətirib çıxaracaq.

Ü.Cəfərov "Ermənistanda bu hadisə ilə bağlı keçirilən kütləvi etiraz aksiyalarının nə ilə nəticələnə bilər" sualına cavabı belə oldu: "İkitərəfli müqaviləyə əsasən, 102-ci hərbi baza 2049-cu ilədək Ermənistan ərazisində qalacaq. Bilirsiniz ki, Rusiya Gümrüdəki 102-ci bazanın yerləşdiyi ərazini uzunmüddətli icarəyə götürüb.

Ermənistanda cinayətkar Sarkisyan rejimi nə olur-olsun bütün qüvvəsini iğtişaşların yatızdırılmasına sərf edəcək. Çünki, bu iğtişaşlar yatırılmasa, onsuz da pis vəziyyətdə olan ölkə iqtisadiyyatı, ümumiyyətlə, bərbad vəziyyətə düşəcək. Yəqin ki, Rusiya narazılıqları səngitmək üçün Ermənistana xoş ola biləcək hansısa addımlar atsın."

Hərbi ekspert xəbərdarlıq da edib: "Biz cəbhə xəttində diqqətli olmalıyıq. Ermənistan rəhbərliyi istənilən halda ölkə daxilində etiraz dalğasını yatırmaq üçün təxribata əl ata bilər. Ola bilər ki, cəbhədə yaratdıqları gərginlikdən istifadə edib sonra da deyəcək ki, cəbhədə vəziyyət gərgindir, amma siz burada etiraz aksiyaları keçirirsiniz.

Yenə deyirəm, istənilən halda rus əsgərinin törətdiyi hadisə sakit ötüşməyəcək, bir müddət də olsa, gərginlik qalacaq."

Xatırladaq ki, yanvarın 11-də Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Qətldə əsas şübhəli Rusiyanın 102-ci hərbi bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur. Rusiya Müdafiə Nazirliyi baş vermiş kütləvi qətlin araşdırılması üçün Ermənistana xüsusi xüsusi komissiya göndərib.

Geri dön