Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, DAVAMın yazıları > MƏRKƏZİ ELMİ KİTABXANADA “FÖVQƏLADƏ HALLARDA ÖZÜNÜ NECƏ APARMALI” MÖVZUSUNDA MAARİFLƏNDİRMƏ TƏDBİRİ KEÇİRİLİB
MƏRKƏZİ ELMİ KİTABXANADA “FÖVQƏLADƏ HALLARDA ÖZÜNÜ NECƏ APARMALI” MÖVZUSUNDA MAARİFLƏNDİRMƏ TƏDBİRİ KEÇİRİLİB |
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanada (MEK) “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Nəzəri və praktiki olmaqla iki hissədən ibarət tədbirdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi, Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Sularda Xilasetmə Xidməti, FHN Tibb Xidməti, Mülki Müdafiə Qoşunları və Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər. Tədbirdə məqsəd MEK-in əməkdaşlarına sülh və müharibə dövrlərində fövqəladə hallar zamanı hərəkət qaydalarını aşılamaq, baş verəcək hadisələrin nəticələrinin aradan qaldırılması ilə bağlı onları təlimatlandırmaqdır.
Tədbirdə çıxış edən MEK-in direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova tədbirin maarifləndirmə baxımından əhəmiyyətindən söz açıb. Burada veriləcək məlumatların kitabxana əməkdaşlarının fövqəladə hallar zamanı davranışlarına, eləcə də belə hadisələrin nəticələrinin aradan qaldırılması üzrə fəaliyyət qaydaları ilə bağlı bilik və bacarıqlarının təkmilləşməsinə müsbət təsir göstərəcəyini deyib. Sonra FHN Bakı Regional Mərkəzinin operativ reaksiyavermə və əməliyyat planlaşdırma idarəsinin rəisi, polkovnik-leytenant Vaqif Teymurov bildirib ki, mərkəzin fəaliyyətində maarifləndirmə tədbirləri mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlərin əhalinin geniş dairələrini əhatə etməsi üçün mərkəz daim öz fəaliyyətini təkmilləşdirir. Belə tədbirlər Bakı şəhərinin bütün rayonlarının icra hakimiyyətləri, bələdiyyələri, orta və ali təhsil müəsisələri ilə birgə keçirilir. Tədbirin nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları müxtəlif mövzularda çıxış edərək tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, fərdi mühafizə vasitələrindən istifadə qaydaları, məişətdə qaz cihazlarından istifadə edərkən təhlükəsizliyin təmin edilməsi, sel və daşqınlar, yol qəzaları və partlayışlarla bağlı ətraflı məlumat verib. Çıxışlarda kitabxananın işçi heyətinə FHN tərəfindən hazırlanmış videoçarxlar nümayiş etdirilib. Praktik hissə zamanı MEK-in həyətində Bakı Regional Mərkəzinin Xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıqları, FHN Dövlət Sularda Xilasetmə Xidmətinin xilasetmə və üzmə vasitələri, Mülki Müdafiə qoşunlarının fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, onların təyinatı və iş prinsipləri, Xüsusi Riskli Xilasetmənin xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıqlar, xüsusi kinologiya avtomobili, eləcə də FHN Tibb Xidmətinin əməkdaşları tərəfindən yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları tədbir iştirakçılarına nümayiş olunub. Bundan əlavə, kitabxananın həyətində qoyulması simulyasiya edilmiş partlayıcı qurğu təlim nümayişində kinoloqlar tərəfindən tapılıb və pirotexnik tərəfindən zərərsizləşdirilməsi məqsədilə ərazidən uzaqlaşdırılıb. FHN-nin qurumlarının axtarış-xilasetmə və yanğınsöndürmə nümunəvi praktik təqdimatlarında MEK-in əməkdaşları da uğurla iştirak edib. Ruslan Kərimov, AMEA Mərkəzi Elmi Kitabxana Mətbuat xidməti Geri dön |