Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev - Hesab edirəm ki, ABŞ Azərbaycana münasibətdə siyasətinə redaktələr edəcək
Fərəc Quliyev - Hesab edirəm ki, ABŞ Azərbaycana münasibətdə siyasətinə redaktələr edəcək |
Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "ABŞ-da insan hüquqlarının vəziyyəti. Ölkənin xarici siyasətinin paradoksları" mövzusunda dinləmələr keçirilib. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bu dinləmələrdə çıxış edərək ABŞ-Azərbaycan münasibətlərindən danışıb. Mövcud vəziyyəti analiz edən millət vəkili fikrini faktlarla əsaslandıraraq ABŞ hökumətinin Azərbaycana münasibətdə siyasətinə redaktə etməli olduğunu bildirib.
Fərəc Quliyevin həmin çıxışının mətnini təqdim edirik: “Hörmətli tədbir iştirakçıları, bu mühüm müzakirənin təşkili üçün təşkilatçılara təşəkkür edirəm. Hesab edirəm ki, bu günkü toplantının məqsədi beynəlxalq diplomatiyanın möhkəmləndirilməsi və xalqlar arasında əməkdaşlığın gücləndirilməsi, ABŞ və Azərbaycan arasında son zamaanlar indiki ABŞ hökumətinin Azərbaycana münasibətdə yanlış fəaliyyəti ucbatından yaranan anlaşılmazlıqların aradan qaldırılması üçün göstərilən səydir. Ümidvaram ki, Rusiyayanlıları bu aydınlaşdırmanı fərqli təqdim etməyəcəklər. ABŞ və Azərbaycanın birgə həyata keçirdikləri nəhəng enerji layihələri, Azərbaycanın ABŞ-ın terrorla mübarizəsinə hərtərəfli dəstəyi, sülhməramlı missiyalarda Azərbaycanın silahlı qüvvəlrinin iştirakı, nüvə komponentlərinin qaçaq yolla daşınmasının Azərbaycan güc nazirlikləri tərəfindən qarşısının alınması,hava məkanımızdan Əfqanıstana Beynəlxalq Birliyin missiyası üçün koridorun verilməsi və digər məsələlər, iki ölkə arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırdı. Hər iki ölkə bu əməkdaşlıqdan yalnız udurdu. Ancaq indiki ABŞ hakimiyyəti ABŞ-ın Azərbaycanla bağlı prioritetlərində ardıcıllığı gözləmir. Bir çox məqamlarda Azərbaycanı sevməyən müxtəlif dairələrin təsiri altında olan bəzi konqresmenlərin, senatorların və ya qeyri-hökumət təşkilatlarının rəyi ilə münasıbətlərə kölgə salındı. Azərbaycanı bir neçə nəfərin haqlı həbsinə görə insan haqlarının pozulmasında qınayan rəsmi Vaşionqton, nə də vaxtilə Dövlət Departamentində yüksək vəzifə tutmuş Devid Kramerin başçılıq etdiyi “Freedom Hause” təşkilatı Qahirə məhkəməsinin bir gündə “Müsəlman qardaşları” təşkilatının 500-dən artıq üzvü barəsində edam qərarı çıxarmasına münasibət bildirmədi. Bu qərəzli yanaşma deyilmi? Və ya 907-ci düzəlişin ləgv olunmamasını strateji tərəfdaş olaraq necə başa düşək? Biz tərəfdaşlarımızdan çox şey istəmirik. Sadəcə əməkdaşlıq platformalarının müddəalarına əməl olunmasını istəyirik. Ölkəmiz 2002-ci ildən NATO PA assosiativ üzv qəbul edilib. Azərbaycan 2004-cü ildən "Fərdi tərəfdaşlıq" proqramlarına qoşulub. Bu, Azərbaycanla hərbi ittifaq arasında əlaqələrin inkişafının mühüm göstəricisidir. Bilirik ki, NATO BMT-nin Nizamnaməsinin prinsiplərinə uyğun olaraq siyasi və hərbi yollarla bütün üzvlərinin azadlığını və təhlükəsizlyini müdafiə edir. Alyansın fəaliyyətinin əsas prinsipi ölkələrin bölünməzliyi əsasında ümumi öhdəliklərin yerinə yetirilməsi və suveren dövlətlər tərəfindən əməkdaşlığın qurulmasıdır. Ümumiyyətlə bu təşkilatın fəlsəfəsi regional və qlobal təhdidləri aradan qaldırmaqdır. Biz, NATO-nun fəaliyyətində vəziyyətə uygun olaraq müəyyən transformasiya siyasətinin zaman-zaman şahidi olmuşuq. Soyuq Müharibənin başa çatmasından sonra Şimali Atlantika Alyansı fəaliyyətlərində texniki-hərbi sahə ilə yanaşı, siyasi-konseptual bazada da müəyyən transformasiya meylləri müşahidə edilib. Bu gün transmilli təhdid olan Qarabag münaqişəsinə münasibətdə isə NATO tərəfindən bunu gormürük və bu bizdə təəssüf hissi oyadır.Həm də bilərək ki,Yeni dünya düzəninə mane olan şər qüvvələrin yaratdığı Qarabağ problemi Avrasiya boğazina tıxacdır. BMT çərçivəsində də vəziyyət eynidir. BMT nizamnaməsinin 7-ci bəndi və 41-ci, 42-ci paraqraflara görə BMT–nin qəbul etdiyi qətnamələr ya hərbi sanksiyalar, ya da qeyr-hərbi sanksiyalarla həyata kecirilməlidir. Başqa dövlətlərə münasibətdə ABŞ super güc olaraq bu yanaşmaların reallaşmasın təmin edib. Azərbaaycanın işğal olunmuş ərazilərinə görə qəbul olunmuş 4 qətnamənin də eyni formada həyata keçməsini istəməyimiz haqqımızdır. Hesab edirəm ki, ABŞ Azərbaycana münasibətdə siyasətinə redaktələr edəcək və olkələrimiz arasında münasibətlər arzuladığımız səviyyədə olacaq.” Geri dön |