Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə parlamenti sabiq nazirlərlə bağlı cinayət işini məhkəməyə verməkdən imtina edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Türkiyə parlamenti sabiq nazirlərlə bağlı cinayət işini məhkəməyə verməkdən imtina edib

Türkiyə parlamenti sabiq nazirlərlə bağlı cinayət işini məhkəməyə verməkdən imtina edib


Türkiyə parlamenti korrupsiya qalmalı nəticəsində vəzifələrindən kənarlaşdırılan sabiq iqtisadiyyat naziri Zəfər Çağlayanı və sabiq daxili işlər naziri Müammar Güləri məhkəməyə cəlb etməkdən imtina edib.

“Anadolu” Agentliyinin verdiyi xəbərə görə, Türkiyə parlamenti ötən gün axşam saatlarında keçmiş DİN rəhbəri Müammar Gülər, Aİ ilə işlər üzrə dövlət naziri Egemen Bağış, iqtisadiyyat naziri Zəfər Çağlayan, ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayrakdar barəsində parlament komissiyasının məruzəsini dinləyib.

Gizli səsvermənin nəticələrinə əsasən deputatların əksəriyyəti komissiyanın rəyini dəstəkləyərək, sabiq nazirlər Müammar Gülər və Zəfər Çağlayanın işlərinin hazırkı və keçmiş nazirlər barəsində irəli sürülən ittihamların baxılması üçün çağırılan Ali Məhkəmə Şurasına verilməsinə qarşı çıxıblar.

Egemen Bağış və Ərdoğan Bayrakdar barəsində gizli səsvermə bir müddət sonra keçiriləcək.

Geri dön