Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yuxu apnesi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq, DAVAMın yazıları > Yuxu apnesi

Yuxu apnesi


İnsanlar çox vaxt yuxuda xoruldamaği ciddi qəbul etməzlər və bunu keçirdikləri günün ağır olması ilə əlaqələndirib həkimə müraciət etməzlər.Hər gecə xoruladayırsız və yuxudan ayılandan sonra özünüzü yorğun hiss edirsizsə sizdə yuxu apnesi ola bilər.
Yuxu apnesi nedir?
Sağlamlığıza təhlükə yaradan yuxu apnesinin əlamətlərini xəste özü hiss eləməz.Bunu onun yaxınları cox sesli xoruldamağını,tənəffüsünün bir nəçə saniyəlik dayanmasi,bunun tekralanmasını qeyd edə bilər.Yuxuda tənəffüsün 10 saniyədən artiq kəsilməsi,bunun 1 saat ərzində 5 dəfə təkrarlanması sizdə yuxu apnesinin olmasi deməkdir.Hər gecə təkrarlanan bu hal insanin günlük həyatına təsir edər: səhər ayılanda halsızlıq,baş ağrıları,yuxululuq ve s əlamətlər olar.
Adi halda insan yatarkən boğazdakı əzələlər hava axınına maneə olmasın deyə tənəffüs yollarını açıq saxlayar.Lakin çəkisi artıq olan və zərərli vərdişləri olan insanlarda dil və badamcılar ölçüləri normadan artiq böyüyür.Hemin insan arxası üstə yatarkən böyümüş dil və badamcıqlar nəfəs borusunu tutduğu üçün xoruldayır.Ağır formalarda isə gecəyarı təngnəfəs,ölüm qorxusu hissi ilə yuxudan ayılır.Buna gorə möhkəm xoruldayan insanlar yatarkən pozisyonu dəyişdikdə-sağ və ya sol böyrüüstə yatdıqda xoruldamlaları azalır.Çünki böyümüş dil və badamcıq nəfəs yollarından kənara çəkilir.Yuxu apnesi yuksək təzyiqin əsas səbəblərindən biridir,bundan əlavə ürək-damar xəstəlikləri,tromboembolik ağırlaşmalar,ürək ritmin pozulmasına,ürəyin böyüməsi,miokard infarktı riski,cinsi istəyin azalması,gece tez-tez sidiyəgetmə,əsəbilik,depresiya və ən qorxulusu yuxuda ölüm hallarına səbəb ola bilər.
Yuxu apnesinin hec bir cərrahi və medikomentoz müalicəsi yoxdur.Bu xəstəliklə mübarizə aparmaq üçün ilk növbədə insan həyat tərzini dəyişməlidir:artıq çəkidən azad olmalı,zərəli vərdişlərini tərgitməli,gün ərzində yuxuya olan təlabatını tam ödəməli,sakitləşdirici preparatlardan uzaq durmalıdır.Son illərdə bu xəstəliyin ən effektli müalicəsi üçün CPAP (Continious Positive Airway Pressure) cihasından istifadə edilir.Həmin cihazı yatarkən xəstə burnuna yerləşdirir,ordan ayrılan yumşaq silikon borunun bir hissəsini isə cihazın kənarda olan 2-ci hissəsinə birləşdirir.Bu cihazdan istifade etməklə yuxu apneli insan yatarkən nefes yollarına təzyiqli hava verilir və bununla hava yollarının qapanmasının qarşısı alınır.Xəstə yuxudan ayılarkən özünü gümrah,daha enerjili hiss edir.
Türkmən ( Tural Qənbərli)

Geri dön