Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > İlk dövlət bankı "Elektron Hökumət" portalı üzərindən təqdim olunan elektron arayışlardan istifadəyə start verdi
İlk dövlət bankı "Elektron Hökumət" portalı üzərindən təqdim olunan elektron arayışlardan istifadəyə start verdi |
Bank işinin daha operativ təşkili üçün əvəz edilməz vasitəyə çevrilənelektron arayışlardan istifadə edən bankların sayı gündən-günə artmaqdadır. Artıq Azərbaycan Beynəlxalq Bankı da bir çox qabaqcıl banklar kimi kredit əməliyyatlarının aparılması və digər bank işlərini sadələşdirilməsi məqsədilə elektron arayışların tətbiqinə başladı.
Belə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və Azərbaycan Beynəlxalq Bankının birgə fəaliyyəti nəticəsində vətəndaşlarımız www. e-gov.az Portalı üzərindən elektron arayışları formalaşdıraraq banka göndərə biləcəklər. Bununla bərabər bankın müştəriləri bankda quraşdırılmış xüsusi terminallar vasitəsilə də özləri portala giriş edərək, elektron arayış əldə edə biləcəklər. Hal-hazırda bu xidmət bankın Mərkəzi, Sabayıl, Premyer və Yasamal filiallarında istifadəya verilib. Qeyd edək ki, elektron arayışların verilməsində bu tip terminallardan istifadə ilk olaraq Azərbaycan Beynəlxalq Bank tərəfindən tətbiq edilmişdir. Elektron arayış vətəndaş tərəfindən "Elektron hökumət” portalı vasitəsilə formalaşdırılan elektron sənəddir. Elektron arayış aşağıdakı üstünlüklərə malikdir Elektron arayışı sutkanın istənilən vaxtı əldə etmək mümükündür; Vaxta qənaət. Operativlik.Arayışı əldə etmək üçün bir neçə təşkilata baş vurmağa ehtiyac qalmır. Arayış Portal vasitəsilə asanlıqla formalaşdırılır və lazımi ünvana elektron şəkildə göndərilir; Məlumatların dəqiqliyi.Arayış dövlət informasiya ehtiyatlarının məlumatları əsasında formalaşır Hazırda, portalın operatoru növbəti mərhələ kimi elektron arayışlardan istifadə sahələrinin genişləndirilməsi və müxtəlif sahələr üzrə elektron arayışların verilməsi üçün işləri davam etdirir. Geri dön |