Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Elektrik taksilər dövrü başlanır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Elektrik taksilər dövrü başlanır

Elektrik taksilər dövrü başlanır


Londonun simvollarından sayılan və "keb" adlanan taksilərin yeni modelləri istismara hazırlanıb.
Dünən dünyada elektrik mühərriki ilə təchiz olunmuş ilk "qara keb"lər London küçələrinə çıxarılıb.

10 ildən bəri hazırlanan və layihəsi uğurla başa çatdırılan taksilər "Range-Extended Electric Metrocab" şirkətinin istehsalıdır.

Taksilər güclü, praktiki olaraq səssiz elektrik mühərriki ilə təchiz olunsa da, hibrid sistemlə çalışır. Yəni "Metrocab"larda benzin mühərriki də var.
2014-cü ilin aprelində London meri Boris Conson "Metrocabs" adlaran bu taksilərin test-drayvında iştirak etmişdi.

"Metrocab"lar indiki taksilərlə müqayisədə, mühərrikin tam enerji səviyyəsinə çatdırılmasından sonra 3 dəfə artıq məsafə qət edir. Yeni taksilərin ətraf mühitə vurduğu zərər 75 faiz azdır və onlar yanacaq doldurulandan sonra 560 km məsafə qət etmək gücündədir.
"Metrocab"ların istismar xərcləri çox aşağı olduğundan, London meriyası hər taksi vasitəsilə sutkada 20-40 funt-sterlinq məbləğində vəsaitə qənaət edəcək.

10 ilə ərsəyə gətirilən, texniki sınaqlar zamanı 1 milyon kilometrdən artıq yol qət edən "Metrocab"larda 6 sərnişin yeri var. Üstəlik, sürücünün yanında daha bir sərnişin oturacağı da mövcuddur.

"Metrocab"ların ilkin satış qiyməti 33 min funt-sterlinqdir.

Kiçik benzin mühərriki və akkumulyatorun enerji ilə doldurulması üçün "Range Extender" adlı generatorla təchiz edilmiş taksi istənilən elektroenerji mənbəyindən qidalana bilər.

Geri dön