Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi açıqlanıb
Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi açıqlanıb |
Gündəliyə 27 məsələ daxildir
Azərbaycan Milli Məclisinin payız sessiyasının qanunvericilik işlər planına 18 məsələ daxildir. Bu barədə Milli Məclisin 2011-ci il payız sessiyasının açılışına həsr olunmuş mətbuat konfransında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. A. Təvəkküloğlu deyib ki, bu rəqəm dəyişə bilər, qanunvericilik təşəbbüsü əsasında sessiya dövründə parlamentə xeyli sayda qanun layihəsi daxil olur ki, bu da sayın artmasına şərait yaradır. Sentyabrın 30-da keçiriləcək birinci iclasın gündəliyinə 27 məsələ daxildir. Birinci iclasda payız sessiyasının gündəliyi, həmçinin Azərbaycan hökuməti ilə bir sıra hökumətlər arasında imzalanmış 14 hökumətlərarası saziş təsdiqlənəcək. Cinayət Məcəlləsinə, Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, Konstitusiya Məhkəməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın qeydiyyatı haqqında”, “Sosial sığorta haqqında”, “Məşğulluq haqqında” və s. qanunlara dəyişikliklərin əks olunduğu layihələr də müzakirəyə təqdim olunacaq. Payız sessiyası çərçivəsində Azərbaycanın dövlət büdcəsi zərfinə daxil olan sənədlərə baxacaq. Sessiyada xeyli sayda yeni qanun layihəsi müzakirəyə çıxarılacaq. Məsələn, Şəhərsalma və Tikinti Məcəlləsi birinci, Rəqabət Məcəlləsi üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. “Təhsil krediti haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi haqqında”, “Ali təhsil haqqında”, “Elm siyasəti haqqında”, “Bələdiyyələrin hesabatı haqqında”, “Mədəniyyət haqqında”, “Muğam sənəti haqqında”, “Pasiyentin hüquqlarının qorunması haqqında” qanun layihələri (birinci oxunuş), “Sosial xidmət haqqında” (ikinci oxunuş), “Həbs yerlərində saxlanılanların hüquq və vəzifələri haqqında” qanun layihələrinin də (üçüncü oxunuş) müzakirəyə çıxarılması planlaşdırılır. Geri dön |