Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərləri birgə bəyanat imzalayıblar
Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərləri birgə bəyanat imzalayıblar |
Bu gün Aşqabadda Türkiyə, Azərbaycan, və Türkmənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Bu gün Aşqabadda Azərbaycan, Türkmənistan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Raşid Meredov və Mövlud Çavuşoğlunun sayca ikinci üçtərəfli görüşü keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı tərəflər hər üç ölkə arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirdilər. Eyni zamanda, Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin iştirakı ilə üçtərəfli görüşün təşkil edilməsi ilə bağlı razılıq əldə olunub. Görüşdə tərəflər iqtisadiyyat, enerji, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. Bu sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə tərəflər işçi görüşlər səviyyəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini qeyd etdilər. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı əlaqələndirmə məsələləri ətrafında da müzakirələr aparılıb. Görüş zamanı çıxış edən E.Məmmədyarov Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin regionda nəqliyyat infrastrukturunun daha da inkişafı baxımından əhəmiyyətini vurğulayıb. O, təhsil sahəsində əməkdaşlığın xüsusi əhəmiyyətini qeyd edərək, ADA Universitetinin rektoru Hafiz Paşayevin bu görüşlərdə iştirakının müsbət hal olduğunu diqqətə çatdırıb. Dünyada cərəyan edən hadisələrin fonunda bu formatda üçtərəfli görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayan nazir bunun Azərbaycan, Türkmənistan və Türkiyə arasında əlaqələrin daha da gücləndirilməsinə mühüm töhfə verdiyini söyləyib. Görüşün sonunda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin ikinci üçtərəfli görüşünün nəticələrinə dair birgə bəyanat imzalanıb. Bəyanatda qeyd olunub ki, görüşdə nəqliyyat sahəsində əməkdaşlığın inkişafı və üç ölkənin imkanlarının maksimal şəkildə istifadəsi üçün “Əfqanıstan-Türkmənistan-Azərbaycan Respublikası-Gürcüstan-Türkiyə Respublikası” nəqliyyat dəhlizinin yaradılması məsələsinə baxılıb. Üç dövlət arasında nəqliyyat prosesinin iştirakçılarının fəaliyyətlərinin əlaqələndirilməsi, dəstək və multimodal daşımaçılığın inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə Tərəflər üç ölkənin nəqliyyat nazirliklərinin və qurumlarının nümayəndələrinin görüşünün keçirilməsinin zəruriliyi barədə razılığa gəldilər. Ticarət-iqtisadi əlaqələr məsələsinə nəzər salaraq, xarici işlər nazirləri bu sahədə təmasların əhəmiyyətini və bərabər hüquqluluq, qarşılıqlı fayda və bir-birilərinin maraqlarının nəzərə alınması prinsipləri əsasında ölkələri arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi və genişləndirilməsinin prioritetliyini qeyd etdilər. Görüş zamanı ticarət əməkdaşlığının və malların üç dövlətin ərazisindən tranzitinin fəallaşdırılması məsələləri müzakirə edilmişdir. Bu məqsədlə Azərbaycan, Türkiyə və Türkmənistanın ticarət-sənaye palataları və müvafiq nazirlik və qurumlarının nümayəndələrinin görüşünün təşkilinin zəruriliyi qeyd olundu. Tərəflər həmçinin üç ölkənin xalqlarının ümumi mədəni, dil və tarixi irslərinə əsaslanan mədəni-humanitar sahədə əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdilər. Nazirlər 2015-2017-ci illər üçün Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığına dair Çərçivə proqramını qəbul etdilər və onun həyata keçirilməsində xarici işlər nazirliklərinin əlaqələndirici rolunu vurğuladılar. Bununla əlaqədar xarici işlər nazirləri müvafiq nazirlik və qurumları çərçivə proqramının müddəalarını həyata keçirilməsinə yönəlmiş əməkdaşlığın fəallaşdırılmasına və onun yerinə yetirilməsinə səy göstərməyə çağırdılar. Qeyd edək ki, birinci görüş 2014-cü ildə Bakıda keçirilmişdi. Həmin görüşdə Bakı Bəyannaməsi qəbul edilmişdi. Geri dön |