Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > Oğuz yurdunun övladları - Mətanət Mahmud qızı Əsgərova
Oğuz yurdunun övladları - Mətanət Mahmud qızı Əsgərova |
Görkəmli şair Eldar İsmayılın “Oğuz yurdunun övladları” kitabında işıqlandırılan Türk ziyalı qadınlarından olan Mətanət Mahmud qızı Əsgərova da 1966-cı ildə Qərbi Azərbaycanın Krasnoselo(Çənbərək) rayonunun Əmirxeyir kəndində anadan olmuşdur. Mətanət xanım orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1982-ci ildə Azərbaycan Pedoqoji İnstitunda oxumaqla coğrafiya ixtisası üzrə “qırmızı” diplom almışdır. Elə həmin ildə də Azərbaycan Elmlər Akademiyası Torpaqşünaslıq və aqronomiya institutunun əyani aspiranturasına daxil olmuşdur.
Mətanət Əsgərova çox aktual və müasir mövzu olan “Qarabağ düzü torpaqlarının kompleks aqronomik səciyyəsi və münbitlik modeli” üzrə namizədlik dissertasiyası üzərində işləmişdir. Bacarığı və qabiliyyətilə seçilən Mətanət Əsgərova 1990-cı ildə dissertasiya müdafiə edərək “torpaqşünaslıq” ixtisası üzrə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. Yüksək elmi təfəkkürə malik olan Mətanət Əsgərova aspiranturanı bitirdikdən sonra EA Torpaqşünaslıq və aqrokimya institutunda işləmişdir. 1991-ci ildən isə N.Tusi adına ADPU-nun Coğrafiya fakültəsinin ümumi coğrafiya kafedrasında çalışır. Hal-hazırda kafedranın baş müəllimi kimi tələbələrə “Torpaq coğrafiyası”, “Təbiətin mühafizəsi”, “Yerşünaslıq və diyarşünaslıq” fənnləri üzrə rus və azərbaycan dillərində mühazirələr oxuyur, eyni zamanda labarator məşğələlər aparır. Mətanət xanım bir çox elmi məqalələrin və “Torpaq coğrafiyası” üzrə dərsliyin müəllifidir. Zəkalı alim Türk xanımı Mətanət Əsgərovaya can sağlığı, xoşbəxtlik və elmi nailiyyətlər arzulayırıq! Hazırladı: Niftalı Göyçəli Geri dön |