Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsi ilin sonunda başa çatdırılacaq. Bunun üçün bütün istənilən şərait var".
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Borçalı > "Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsi ilin sonunda başa çatdırılacaq. Bunun üçün bütün istənilən şərait var".

"Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsi ilin sonunda başa çatdırılacaq. Bunun üçün bütün istənilən şərait var".


Bu sözləri bu gün Gürcüstan hökumətinin iclasında baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili bildirib.

Georgi Kvirikaşvili hökumət üzvlərini məlumatlandıraraq bildirib ki, BTQ-nın Gürcüstan hissəsində dəmir yol relslərinin çəkilişi başa çatıb. Onun sözlərinə görə, qatarların keçidi üçün təkər oxunun dəyişdirilməsi üçün məntəqənin və Axalkalaki stansiyasının tikintisini həyata keçirmək lazımdır: "Türkiyə tərəfdə tunel tikintisi getdikcə intensivləşir. Fakt olaraq, BTQ layihəsinin ilin sonunda istismara verilməsi üçün bütün istənilən şərait var. Bu layihə həqiqətən, strateji əhəmiyyətə malikdir. Bu istiqamətdə şirkətlərin uğuru böyükdür", deyə G. Kvirikaşvili bildirib.
Qeyd edək ki, yanvarın 28-də Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və digər rəsmi şəxslər BTQ-nin Gürcüstan hissəsindəki Axalkalaki-Kartsaxi dəmir yolunun təqdimatı zamanı birinci sınaq qatarının sərnişinləri olublar.

Geri dön