Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Səbinə Abbasova: " Əlaqədar qurumlara təkliflər göndərəcəyik"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial, Gənclik > Səbinə Abbasova: " Əlaqədar qurumlara təkliflər göndərəcəyik"

Səbinə Abbasova: " Əlaqədar qurumlara təkliflər göndərəcəyik"


" Məqsədimiz xüsusi qayğıya ehtiyacı olan uşaqların peşə təhsilinə cəlb olunması işində yeni bir mexanizmin yaranmasına nail olmaqdır".


"Saf Həyat Naminə" Gənclər İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Maraqlı peşə - uğurlu karyeranın təməlidir” adlı layihə həyata keçirir.
Bu barədə məlumat verən Birliyin sədri Səbinə Abbasovanın sözlərinə görə layihənin əsas məqsədi ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan və internat məktəbini bitirmiş uşaqların peşə təhsilinə cəlb olunması işində yeni bir mexanizmin yaranmasına nail olmaq və bu uşaqların peşə təhsilinə cəlbi ilə bağlı təşəbbüslərlə çıxış etməkdir:
" Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan və internat məktəbini bitirmiş uşaqların peşə təhsilinə cəlb olunması işində təşəbbüs ortaya qoyan bu layihənin icrası zamanı bu qism uşaqların müəyyən sayı əhatə edilməklə xüsusi kataloq yaradılacaq, kataloqda bu uşaqlar haqqında məlumatlar öz əksini tapacaq, həmçinin layihə zamanı bu qism uşaqların peşə təhsilinə yiyələnməsi ilə bağlı maarifləndrimə işi həyata keçiriləcək, xüsusi məlumatverici bukletlər hazırlanaraq onlara paylanılacaq, müəssisələr və peşə təhsili verən təşkilatlarla internat məktəbləri arasında rabitə yaradılacaqdır.
Layihədən əsasən müəyyən sayda xüsusi qayğıya ehtiyacı olan və internat məktəbini bitirmiş uşaqlar, yeniyetmə və gənclər, həmçinin internat məktəbləri faydalanacaqdır.

Xüsusi qayğıya ehtiyacı olan və internat məktəblərini bitirmiş uşaqların peşə təhsilinə cəlbi ilə bağlı hazırlanmış yeni işləmə mexanizmini və təşəbbüsləri əlaqədar qurumlara təqdim edəcəyik".

S. Abbasova onu da qeyd ədək ki, artıq layihə çərçivəsində Şəki şəhərində tədbirlərə başlanılıb.

Geri dön