Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkmen: - 80 YAŞLI UŞAQ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Türkmen: - 80 YAŞLI UŞAQ

Türkmen: - 80 YAŞLI UŞAQ


Bundan əvvəl zalım xəstəliklərdən olan "Ondinenin lənəti" sindromundan yazmışdım.İndi daha bir zalım xəstəlik olan Progeriya xəstəliyi haqqinda yazmaq istəyirəm.
Progeriya xəstəliyi anadan gəlmə və irəli yaşlarda da təsadüf oluna bilər.Böyük yaşlarda bu xəstəliyə Verner xəstəliyi deyilir.Xəstəliyə diaqnoz uşağın həyatının 1-2-ci ilində qoyulur.Belə xəstələrdə sürətlə qocalma prosesləri gedir.Körpə doğulduğu andan sürətlə qocalmağa başlayır.Bəzən beyindən başqa bütün orqanlar və dəri qocalır.Orta rəqəmlə desək uşaq hər 1 ildə 10-15 il qocalır və 13 yaşında dünyasını dəyişir.Bu xəstəlikdən əziyyət cəkən hazırda dünyada 46 nəfərdi.Xəstəliyə səbəb genetik olaraq insanda teloremaza fermentinin çatışmazlığıdır.Bu fermet hüceyrələrin bölünməsi zamanı DNT-in qısalmasının qarşısını alır.Həmin fermentin çatışmazlığı nəticəsində yaranan yeni hüceyrələrin ömrü qısa olur və bölünmə daha da sürətlənir.Hazırda telomeraz fermenti geniş öyrənilməyə başlamışdır,çünki məntiqlə düşünsək normal insanlarda bu fermentin tətbiq edilməsi ömrü uzada bilər.
Progeriyalı xəstələrdən son dünyasıni dəyişən və daha uzun yaşayan gənc oğlan ABŞ sakini olub.Ona 2 yaşında Progeriya diaqnozu qoyulmuşdu.5 yaşında artıq yaşlıların əziyyət çəkdiyi xəstəliklər onda başlamışdır.13 yaşında gözləri zəifləmiş,saçları,dişləri tokülmüş,dərisi qurumuş,beli bükülmüşdür.Onda infarkt riski olduğu üçün aspirin qəbul edirdi və 17 yaşında nə qədər təəccüblü olsada qocalaraq ölmüşdür.
Başqa bir progeriyalı xəstə 1996-cı ildə doğulmuşdur.5 yaşında onun ürəyində sancılar başladığı üçün valideynləri onu həkimə aparmışdır.Orada uşağa yaşlılarda rast gəlinən qeyri-stabil stenokardiya diaqnozu qoyulmuşdur.Həmin xəstəyədə ömrünün uzadılması üçün aspirin və digər preparatlar təyin edilmişdir.Bir il sonra bir neçə dəfə insult keçirmişdir və dünyasını dəyişmişdir.
Əvvəldə qeyd etdiyim kimi bu xəstəliyə irəli yaşlarda da təsadüf edilir.Belə bir xəstə Rusiyada 20 yaşlı qızda rast gəlinmişdir.Adı Lena olan qız öz xatirələrində yazırdı:
İldə 5 yaş qocalırdım.23 yaşımda "Moskva klinikası"nda plastik əməliyyat olundum.Çoxları bunu gözəllik üçün eləsələr də mən bunu yaşıdlarımdan seçilməmək üçün edirdim.Güzgüyə baxmaq mənim üçün əsl faciə idi.Hər saniyə qocalmaq yaşamaq ümidimi kəsirdi.Həkimlər ilk dəfə mənim plastik əməliyyat etdirmək istəyimi biləndə öz aralarında gülüşüb:"40-45 yaşlı qadınsan bu yaşdan sonra gözəlləşib nə edəcəksən?"deyə məni məsxərəyə qoymuşdular.Bir neçə gün orda məndən analizlər götürürdülər,bu müddət ərzində onların gözü qarşında qocaldığımın şahidi olmuşdular.Əgər belə davam etsə,13 ildən sonra öləcəyimi dedilər.Mənə 5 il əvvəl bu diaqnozu qoymuşdular.qocaldığımı hər gün hiss edirəm.Əvvəlcə qulağımın sırğalığı sallanmağa başlamışdır.Sonra isə dərim qırışmağa başlamışdır.18 yaşımda mənimlə maraqlanan oğlanların hamısı məndən uzaqlaşmağa başlamışdır.Amma bir insan var idi ki, o mənim ürəyimi sevmişdi."ahıllıq dövrüm"də də o,məni tərk eləmədi.
Hələ ki,Progeriya xəstəliyinin müalicəsi mümkün deyil.
Türkmən

Geri dön