Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq, DAVAMın yazıları > Yadlıqlar daha çox gənclərə təsir edir...
Yadlıqlar daha çox gənclərə təsir edir... |
Gəncliyin qayğılarından tez-tez danışılır. Ancaq çox zaman bütün bu müzakirələr, təhlillər bir yana aparıb çıxarmır. Əslində əsas problem bütövlükdə cəmiyyətin insana dəyişkən, ruhani (insani, ulusal) yox, ictimai (sosial) varlıq olaraq baxmasındadır. Bəşər tarixində elə bir zaman olubmu ki, insanlar arzularını tam gerçəkləşdirə bilsinlər? Müxtəlif ictimai-iqtisadi formasiyalar insandan keçib, zamanın, şəraitin diqtəsi əsas sayılıb. Həticədə taleyi özünə tapşırılmayan insanın nə uşaqlıq, nə gənclik, nə də qocalıq dövrü istədiyi kimi keçməyib.
*** Bu, bütövlükdə insanlığın problemidir. İlk növbədə mənəvi dünyasını qurmalı olan gənclik pulçuluq, təbəqəçilik, özgəçiliklər məngənəsinə düşür, çıxa bilmir. Xilas adına bu gün dünyada çoxlu ideologiyalar var. Bəşərin mənəvi durumu isə gündən-günə çətinləşir. İntiharlar (suisidlər, qan-qadalar, hər cür vəhşilik çeşidləri) daha çox gəncliyin əhvalına təsir edir, gənclərin ömrünü kəsir... *** Azərbaycan gəncliyi bir çox cəhətlərdən dünyanın halına uyğunlaşmaqdadır. Bu uyğunlaşma isə bizim gəncliyin xilası olmayacaq. Yalnız ulusal (milli) ölçüyə əsaslanan fikir birliyi əsasında Azərbaycan gəncliyi çağdaş dövrün qarışıq və ziddiyyətli girdabından xilas ola bilər. Gənclik insan həyatının ən məhsuldar, enerjili, arzulu, həm də sonsuz ümidli bir çağıdır. Sovet dövrünün gəncliyi barədə bu gün daha çox nostalji hissiylə danışılsa da, hər halda o zaman da gəncliyin kifayət qədər çoxsaylı problemləri var idi. Rusiya imperiyasının təməlində qurulan sovet imperiyası kollektivləşmə, faşizmlə müharibə, eləcə də sonrakı mərhələlərdə gəncliyin enerjisindən amansızcasına istifadə etdi. SSRİ süqut edən zaman başqa respublikalar kimi azadlığa çıxan Azərbaycan da bu müddət ərzində gərgin həyat yaşamalı oldu. *** Sabahkı gəncliyin təməli olacaq çağdaş uşaqların tərbiyəsi əsil problemə çevrilib. Çünki informasiya əsrində uşaq psixologiyasını nəzarətdə saxlamaq daha da çətinləşir. İlk növbədə isə uşaqlara və gənclərə milli-mənəvi dəyərləri aşılamaq lazımdır. Bütün tərbiyə haqqında deyilənlər əksər hallarda sözdən o yana getmir. Qloballaşma (kürəsəlləşmə) bəlasının artdığı bir vaxtda millətin, dövlətin inkişafı üçün yeni nəsillərin tərbiyəsinin milli prinsiplərlə aparılması gərəklidir. Yalnız sənə məxsus olan səninkidir, özününküdür. Əgər millətin milli dəyərləri insaniliyi ifadə edirsə, o, həm də bəşəridir. Güclü millətin özündən əl çəkib başqalarından mənəvi dəyər umması əslində bəşəriliyə ziddir. *** Millətin sabahı haqqında ciddi düşünənlər indi daha çox olmalıdır. Gedişat onu göstərir ki, qarşıdakı illərdə valideynlər uşaqlarının tərbiyəsilə bağlı daha böyük problemlərlə rastlaşacaqlar. Artıq bu qayğıların artması göz qabağıdadır. Hə qədər ki, valideynlər uşaq tərbiyəsində onları gözləyən bəlalara qarşı mübarizənin gərəkliyini və onların aradan qaldırılması yollarını aydın dərk etməyiblər, məsələ gündən-günə daha çıxılmaz şəkil alacaq. Azərbaycan gəncliyi tarixən, xüsusən bu və ya başqa keçid dövrlərində çoxlu itkilərə, səhvlərə, aldanışlara məruz qalıb. Rus imperiyasından qabaq Azərbaycan gəncliyi ərəb, fars və başqa imperiyaların zülmünə məruz qalıb. Bütün bu təsirlər ilk növbədə gəncliyin əxlaqına mənfi mənada təsir edib. Hər gələn yad təsirlər gəncliyin ruhuna inadla təsir etməyə, onu ram etməyə çalışıb. Hər bir dövrdə mövcud olan gənc nəsil əgər doğru-düzgün istiqamətləndirilmirsə, o zaman onun başqalarına, yəni özgələrə yaraması fəlakəti baş verir. XVIII yüzildə Azərbaycanın xanlıqlara bölünməsi, bunun ardınca yurdumuzun iki yerə parçalanması tarixi gerçəklikdir. Zaman-zaman Quzey Azərbaycan gəncliyi rusçuluğun təsirinə salındı. Güneydəki gənc nəslin isə daim farsçılıq təsirinə salınması cəhdi bu gün də davam edir. *** Azərbaycan gəncliyi sözün böyük mənasında xəlqi təmələ, bəşəri sevgiyə malik olmalıdır. 70 illik əsarət dövrünü yaşayan Azərbaycanda müstəqillikdən sonrakı dövr sözün böyük mənasında milli-mənəvi dəyərlərə qayıdış üçün geniş imkanlar açdığı dərəcədə bu, başqa, daha doğrusu yad, özgə təsəvvürlərin, baxışların yurdumuza ayaq açması, cövlan etməsi ilə müşahidə olundu. Təəssüf ki, bu gün sözün böyük mənasında dünyabaxışı, yaşam tərzi formalaşdırılması yönündə ciddi iş görə biləcək əhəmiyyətli yaradıcı sahələr bu baxımdan ziqzaqlı, gərgin dövrünü yaşamaqdadır. İstər-istəməz Qərb dəyərlərinin soydaşlarımızın ağlına, ruhuna işləməsi, gündən-günə daxilləri çulğaması, qarışdırması problemi daha da çıxılmazlığa salır. Başqa tərəfdən də Şərq aləminin qarışıqlığı, halsızlığı bu gərginliyi artırır. Bu gün çox hallarda özgələşməyə qarşı dirəniş yaranmır. Ancaq müqavimət nə qədər ki, qəti deyil, o zaman bu cür "mübarizələr" sadəcə effektiv bir görüntü təsiri bağışlayacaq. Bir sözlə, Azərbaycan gəncliyi özünü davamlı şəkildə yaratmalıdır... Geri dön |