Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Cənubi Qafqaz ölkələri 2005-2010-cu illərdə 107 324 ədəd müxtəlif tipli atıcı silah alıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Cənubi Qafqaz ölkələri 2005-2010-cu illərdə 107 324 ədəd müxtəlif tipli atıcı silah alıb

Cənubi Qafqaz ölkələri 2005-2010-cu illərdə 107 324 ədəd müxtəlif tipli atıcı silah alıb


Cənubi Qafqaz dövlətləri tərəfindən 2005-2010-cu illər ərzində dünyanın müxtəlif ölkələrindən 107 324 ədəd müxtəlif tipli atıcı silah satın alınıb.

APA-nın BMT-nin Adi Silahlar Reyestrinə istinadən xəbərinə görə, Cənubi Qafqaz ölkələri arasında bu dövrdə ən çox atıcı silahı Gürcüstan alıb.

Hesabat dövründə rəsmi Tiflis 7 ölkədən 76 377 ədəd müxtəlif tipli atıcı silah alıb ki, onların arasında avtomatlar, karabinlər, tapançalar, əl pulemyotları, tapança-pulemyotlar, ağır pulemyotlar, qumbaraatanlar və lüləaltı qumbaraatanlar, həmçinin ötən əsrin əvvəllərində istifadə olunmuş karabinlər və s. yer alır. Gürcüstanın silah aldığı ölkələr arasında əsas yeri Ukrayna və Bolqarıstan tutub. Bu dövlətlərlə yanaşı, ABŞ, Xorvatiya, Çexiya, Rumıniya və Türkiyə də Gürcüstana silah satışı gerçəkləşdirmiş ölkələrin siyahısında yer alıb. Gürcüstanın aldığı atıcı silahlar arasında əsas çoxluğu keçmiş Sovet istehsalı olan silahlar təşkil etsə də, yeni, NATO standartlarına uyğun silahların alınması da qeydə düşüb. Belə ki, Gürcüstan hesabat dövründə ABŞ-dan 20 ədəd 12,7 mm çaplı «Barret» snayper tüfəngi, 5000 ədəd M4A3 tüfəngi, Türkiyədən MP-5 tapança pulemyotu alıb.

Cənubi Qafqaz bölgəsində Gürcüstandan sonra ən çox atıcı silah almış dövlət Ermənistan olub. Ermənistan 2005-2010-cu illərdə ümumilikdə 20 967 ədəd müxtəlif tipli atıcı silah əldə edib ki, bunun da əksəriyyəti Ukrayna və Rusiyadan alınıb. Ermənistan bu dövrdə həmçinin Serbiyadan 250 ədəd 12,7 mm çaplı «Black Arrow», Rusiyadan 480 ədəd AK-105 avtomatı, 52 ədəd yeni SV-98 snayper tüfəngi alıb.

Siyahıda sonuncu yerdə 8862 ədəd silahla qərarlaşan Azərbaycan əsasən Ukrayna və Türkiyədən silahlar əldə edib. Azərbaycanın aldığı silahlar arasında isə əsas yeri əl pulemyotları, tapança-pulemyotlar, pulemyotlar və tapançalar tutub.

2005-2010-cu illərdə Cənubi Qafqaz ölkələrini əsas silahlandıran dövlət Ukrayna olub. Belə ki, Ukrayna hesabat dövründə hər 3 dövlətə ümumilikdə 85 288 ədəd müxtəlif tipli atıcı silah satmaqla Cənubi Qafqaz ölkələrinin silahlandırılmasında 79,4% paya malik olub. Sonrakı yerlərdə 11,5%-lə (12357 ədəd) Bolqarıstan, 4,6%-lə (5020 ədəd) ABŞ, 1,1%-lə (1276 ədəd) Rusiya, 1%-lə (1160 ədəd) Türkiyə gəlir. Qalan silahlar isə Rumıniya, Serbiya, Avstriya, Çexiya, Xorvatiya və Slovakiyanın payına düşüb.

Geri dön