Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Dağlıq Qarabağ barədə ciddi düşünməyin əsl vaxtıdır
Dağlıq Qarabağ barədə ciddi düşünməyin əsl vaxtıdır |
Dağlıq Qarabağ problemi barədə ciddi düşünməyin vaxtı gəlib çatıb. Bu ərazi Azərbaycan və Ermənistan arasında ciddi, çox ciddi hərbi fəaliyyətə gətirib çıxara və bilmədən buna Rusiya və ABŞ-ı cəlb edə bilər.
Düzdür, Dağlıq Qarabağ problemi Ermənistanın bu ərazini SSRİ-nin dağılması zamanı işğal etməsindən bəri - 20 ildən çoxdur mövcuddur. Dağlıq Qarabağ və ona bitişik rayonlar tarixən Azərbaycanın hissəsi olub, baxmayaraq ki, burada çoxlu etnik erməni yaşayıb. ATƏT-in Minsk qrupunu formalaşdıran üç ölkə - ABŞ, Fransa və Rusiya Cənubi Qafqazda gec açılan bomba olan bu problemi sülh yolu ilə həll etmək üçün çağırılıb. Nəzərə alsaq ki, bu münaqişə təqribən 25 ildir davam edir və vasitəçilər ona kənardan baxır, amerikalılar, fransalılar və rusiyalılar səhvən düşünə bilərlər ki, bu problemi nizamlamaq üçün onların ehtiyatda daha 25 ili var. Bu, qorxunc səhv olardı. Vaxtın unudulduğu yerdə o, tezsatılan mal olur. Əgər tərəqqi sülh yolu ilə əldə edilməsə, iki ölkə arasında irimiqyaslı müharibə istisna edilmir. Rəqibləri bir-birindən ayıran təmas xəttinin hər iki tərəfində səngər qazmış Ermənistan və Azərbaycan qoşunları arasında hər saat toqquşmalar baş verir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin hər gün yaydığı press-relizlər 1994-cü ildə əldə edilən atəşkəs rejiminin gündə 60 dəfədən çox pozulması barədə məlumat verir. Müasir tarixdə demək olar istənilən münaqişədə olduğu kimi, bütün bunlar sərt ifadələrlə tərtib olunmuş kommünikelərlə müşayiət olunur. Ötən ilin payızında Azərbaycan hərbçiləri ölkənin hava məkanını pozmuş Ermənistan hərbi helikopterini məhv etdilər. Ötən həftə isə azərbaycanlılar Ermənistanın pilotsuz uçuş aparatını da vurdular. Ötən istirahət günlərində cəbhə xətti boyunca altı erməni əsgəri öldürüldü. Getdikcə daha tez-tez, bəlkə də hər saat təhlükə barədə qırmızı sayrışan iki çox nəzərəçarpan siqnal var. Birinci təhlükə artan ritorikadan - bundan sonra nəyi gözləməli olmağın aydın əlaməti - gəlir. İkincisi isə Azərbaycanın öz Silahlı Qüvvələrini necə təchiz etməsidir. Hər iki ölkə ilə dostluq əlaqələrini qoruyan Moskva regionda və bu münaqişədə Yerevanın ən güclü tərəfdaşı olaraq qalır. Qafqazda irimiqyaslı müharibə olarsa, Moskva erməni müttəfiqinə dəstək verməkdə nə qədər uzağa gedəcək? Bunu zaman göstərəcək. Ermənistanla yanaşı, SSRİ-nin tərkibində olmuş Azərbaycan isə o vaxtdan balanslaşdırılmış siyasət yürüdür. Yaxın Şərqdə iki uğursuz müharibədən hələ də yaxa qurtarmamış ABŞ vaxtın sanki dayandığı və Qərbin çoxdan unutduğu, Azərbaycanın isə aydın xatırladığı torpaqla bağlı üzərinə hərbi öhdəliklər götürəcəkmi? Bunu zaman göstərəcək. Geri dön |