Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik > İstedadlı və yaradıcı gənclər mükafatlandırılıb
İstedadlı və yaradıcı gənclər mükafatlandırılıb |
Fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibətilə “Buta” sarayında istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin deputatları, Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, müxtəlif sahələrdə fərqlənən gənclər və KİV təmsilçiləri iştirak ediblər. Əvvəlcə Azərbaycan gəncliyindən bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov çıxış edərək bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev daim gənclərə qayğı göstərib, onların kamil şəxsiyyət kimi yetişmələrinə xüsusi diqqət yetirib. Nazir qeyd edib ki, Ulu Öndərin Sərəncamı ilə Azərbaycan Gəncləri Gününün təsis edilməsindən artıq 18 il ötür. Bu illər dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğı, onların uğurları ilə yadda qalıb. Diqqətə çatdırılıb ki, zamanın yeniləşən çağırışlarına uyğun olaraq Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti nəticəsində dövlətin gənclər siyasəti uğurla inkişaf edir, məzmunca zənginləşir və intensivləşir. Ötən ilin işgüzar, səmərəli və uğurlu olduğunu deyən A.Rəhimov vurğulayıb ki, 2014-cü ildə ilk dəfə Azərbaycan Respublikası Prezidentinin Gənclər mükafatı təqdim edilib. Həmçinin ölkəmizdə Gənclər siyasəti üzrə I qlobal forum keçirilib. Foruma dünyanın 165 ölkəsindən 700-dən artıq iştirakçı qatılıb. Ötən il, eyni zamanda, gənclər sahəsində infrastruktur daha da genişlənib, gənclərə xidmət göstərən müəssisələrin sayı 31-ə çatıb. Bakının Xəzər, Suraxanı və Sabunçu rayonlarında, eləcə də Naxçıvan və Sumqayıt şəhərlərində, Beyləqanda “Gənclər ev”ləri istifadəyə verilib. Azərbaycanda ilk dəfə olaraq Daşkəsən rayonunda Gənclərin Təlim və İstirahət Mərkəzi inşa olunub. Ötən il ölkəmizdə 156 mötəbər, o cümlədən 34 beynəlxalq səviyyəli tədbir keçirilib. Nazir vurğulayıb ki, cari ilin ilk günlərində Prezident İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiq edilib. A.Rəhimov deyib ki, bu sənədin əməli və rəmzi dəyəri çox yüksəkdir. Strategiya bizim bu günümüzü uzaq 2025-ci illə bağlayır, keçəcəyimiz yolun konturlarını göstərir və 10 il bundan sonrakı Azərbaycanın gənc vətəndaşlarını təsvir edir. Nazir gəncləri bu Strategiyanın reallaşdırılmasında fəal iştirak etməyə çağırıb. Sonra gənclər üçün Prezident mükafatına layiq görülmüş şəxslər mükafatlandırılıblar. Dövlət gənclər siyasətinin əsas istiqamətləri kimi həyata keçirilmiş müxtəlif tədbirlərdə yüksək nəticə göstərənlər də Gənclər və İdman Nazirliyinin təsis etdiyi “Gənclər mükafatı” ilə təltif olunublar. Daha sonra 2015-cü il üçün Azərbaycanın “Gənclər paytaxtı” elan olunub. “www.genclerpaytaxti.az” saytında keçirilmiş səsvermənin nəticələrinə əsasən, İsmayıllı şəhəri 2015-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçilib. Tədbir konsert proqramı ilə davam edib. Geri dön |