Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bələdiyyələrə yerli vergi və ödənişlərin nagd şəkildə qəbul olunması qadağan edildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hüquq > Bələdiyyələrə yerli vergi və ödənişlərin nagd şəkildə qəbul olunması qadağan edildi

Bələdiyyələrə yerli vergi və ödənişlərin nagd şəkildə qəbul olunması qadağan edildi


Azərbaycan Prezidenti İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiq edib.

Dəyişikliyə əsasən “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin birinci bəndinə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilib:

“Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır.”.

Bu Qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

Geri dön