Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Səid Mətinpur ağır durumdadır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Səid Mətinpur ağır durumdadır

Səid Mətinpur ağır durumdadır


Hazırda Zəncan zindanında məhbus həyatı yaşayan tanınmış azərbaycanlı milli fəal, jurnalist və insan haqları fəalı Səid Mətinpur ağır vəziyyətdə saxlanılır. Onun ailəsi Səidin ağır vəziyyətindən öz nigaranlığını bildirərək, bu barədə səlahiyyətli məsulların məsuliyyət daşıdığını bildirib.
Səid 2014-cü il sentyabrın 28-də onun istəmədiyi bir halda Tehranın Evin zindanından Zəncan zindanına köçürülüb. Məsullar bu müddətdə məhbus barəsində hər hansı bir məlumatın yayılmasına mane olub və bildirmişdilər ki, məhbusu Zəncana intiqal etməkdə, məqsəd onu azad etməkdir... .

Azərbaycanlı fəalın anası Səid Mətinpur saytına yuxarıda qeyd etdiyimiz sözləri bildirərək deyib:

“Biz günlərcə, həftələrcə Səidin azad edilməsini gözlədik. Lakin bu baş tutmadı. İki aydır ki, Səidin diş əti infeksiyası şiddətləyib və mütəxəssis həkim tərəfindən müalicə olunmalıdır. Təəssüflə biz və Səidin özü nə qədər cəhd göstərsək də, buna nail ola bilmədik və o bizim göndərdiyimiz antibiotik dərmanlarla idarə etməli oldu. Məsullar onun zindanda müalicə olunmasına belə şərait yaratmırlar.

Səidin azad edilməsindən danışan məsullar isə 5 ay keçdikdən sonra, onun tənbeh məqsədi ilə Zəncana intiqal edildiyini bildiirilər. Onlar iki ay öncə Səidin müalicə olunacağına dair söz vermişdilər, lakin bu müddətdə heç nə dəyişməyib və artıq bizim müraciətlərimizə cavab verilmir. Biz artıq bu yalanlardan yorulmuşuq!”

S.Mətinpurun anasının sağlamlıq durumu da övladının vəziyyəti ilə əlaqədar ağırdır. Onun qan təzyiqi var və ürək döyüntüsü dəqiqədə hətta 45 dəfəyə qədər aşağı düşür. Onun vəziyyəti də Səidin durumu ilə yanaşı ailənin digər üzvlərinin nigaranlığına səbəb olur.

Səid Mətinpur 2007-ci ilin iyununda İranda azərbaycanlıların milli hüquqları ilə bağlı Türkiyədə keçirilən bir seminara qatıldığı üçün tutulub. 2008-ci il iyunun 10-da Tehran İnqilab Məhkəməsi onu 8 il müddətinə azadlıqdan məhrum edib. Səid Mətinpur əcnəbilərlə əlaqəyə girərək İran İslam Respublikasının dövlət quruluşuna qarşı təbliğat aparmaqda təqsirli bilinib. O 2009-cu il iyulun 11-də Tehranın Evin zindanında həbsdə olunub və 2014-cü il sentyabrın 28-də evin zindanının siyasi bölümü ləğv edildiyindən sonra Zəncana intiqal edilib. O bu müddətdə zindanın karantin bölümündə saxlanılıb.


--
Hebib Elekbersoy

Geri dön