Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > İrana casusluq edənlərə hökm oxundu
İrana casusluq edənlərə hökm oxundu |
Hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Faiq Qurbanov 14 il, Seymur Rzazadə isə 13 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına görə, təqsirləndirilən şəxslər İranın xüsusi xidmət orqanı olan ETTELAAT-la əməkdaşlığa cəlb olunublar. İttihamda qeyd olunub ki, Faiq Qurbanov 2013-cü ildə ETTELAAT-ın əməkdaşı olan Bilal adlı şəxslə əməkdaşlıq edib. Həmin şəxs Faiq Qurbanova Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı və s. kimi sahələr üzrə məxfi məlumatlar əldə etmək üçün xüsusi tapşırıqlar verib. Seymur Rzazadə isə ETTELAAT-ın Qaffari adlı üzvü ilə əməkdaşlığa cəlb olunub. Seymur Rzazadə Qaffariyə “mən Allah ordusuna əsgər seçilirəm” məzmunlu yazılı iltizam verdikdən sonra ona verilmiş tapşırıq əsasında Lənkəranda möminlərin vəziyyəti ilə maraqlanıb, dindarların salamını Qaffariyə çatdırmağa başlayıb. Lənkəranın bəzi dindarları ilə İran kəşfiyyatçısı arasında məlumat mübadiləsini həyata keçirib. İstintaq sənədlərinə görə, Seymur Rzazadə Lənkəranın polis rəisi, sərhəd qoşunlarının Lənkəranda yerləşən hərbi hissəsi, Şeyxülislam Allahşükür Paşazadənin cənub bölgəsinə səfərləri, Türkiyənin Lənkərandakı fəxri konsulluğu, Hərbi Hava Qüvvələrinin Sumqayıt yaxınlığında yerləşən hissələri və oradakı hərbi texnikalar haqqında məlumatlar toplayaq Qaffariyə ötürüb. Hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub. Geri dön |