Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində yeni onlayn xidmətlər
Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində yeni onlayn xidmətlər |
Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter insidentlərinə qarşı mübarizə Mərkəzi (CERT) informasiya təhlükəsizliyi sahəsində altı onlayn xidməti işə salmağa hazırlaşır. Bu barədə CERT-dən bildirilib.
Xidmətlərdən cert.gov.az səhifəsində istifadə etmək mümkün olacaq. Hazırda CERT-in təqdim etdiyi bir sıra xidmətlər aktivdir, qalanları isə yaxın vaxtlarda istifadəyə veriləcək. Mərkəz tərəfindən "Şifrə generatoru", "Şifrə təhlükəsizliyi", "Mənim IP ünvanım", "Yoluxmuş IP", "Malware Lab" və "Virtual sınaq (CTF)" kimi xidmətlərin buraxılışı nəzərdə tutulur. Şifrə generatorunun köməkliyi ilə seçilən şifrə uzunluğuna və şifrə tərkibinə görə (rəqəm, hərf, simvol, qarışıq) müxtəlif şifrə kombinasiyalarını onların təhlükəsizlik səviyyəsini ölçməklə yaratmaq və istifadə etmək mümkündür. CERT-in "Мəmin IP ünvanım" xidməti şəxsi IP ünvan haqqında məlumat əldə etməyə, "Yoluxmuş IP" isə onu yoluxmuş IP ünvanların məlumat bazasında yoxlamağa imkan verir. Göstərilən xidmətlərdən yalnız Azərbaycandakı istifadəçilər faydalana bilərlər. Bundan başqa, CERT "Malware Lab" xidmətini tətbiq edəcək ki, bu, özündə bir sıra xidmətləri cəmləyəcək proqram təminatları ilə istifadəçilərə xidmət edəcək. Belə ki, xidmətin bir hissəsi zərərverici kodların analizi sahəsində professional məşğul olmaq istəyənlər üçün əlverişli analiz alətləri ilə təmin olunmuş proqram təminatinı istifadəyə vermək olacaqsa, digər xidmət isə sadə istifadəçilər üçün nəzərdə tutulmuş və istifadəçilərin şübhələndikləri faylların, o cümlədən kompüterin kənar qoşulmalarının yoxlanmasını, həmçinin şübhəli faylları analiz üçün KİMM Malware Lab-a göndərə biləcəkləri proqram təminatından ibarət olacaq. "Virtual sınaq" xidməti isə informasiya təhlükəsizliyi sahəsində ixtisaslaşmaya və biliklərin artırılmasına yönəlib. Sınaq zamanı yüksək bal toplayan iştirakçılar təcrübə keçmək və daimi iş əldə etmək üçün CERT-ə müraciət edə bilərlər. Geri dön |