Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dövlət Miqrasiya Xidmətinə Azərbaycanda 10 gündən artıq müvəqqəti yaşayan əcnəbiləri elektron müraciət əsasında qeydiyyata almaq səlahiyyəti verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Diaspor > Dövlət Miqrasiya Xidmətinə Azərbaycanda 10 gündən artıq müvəqqəti yaşayan əcnəbiləri elektron müraciət əsasında qeydiyyata almaq səlahiyyəti verilib

Dövlət Miqrasiya Xidmətinə Azərbaycanda 10 gündən artıq müvəqqəti yaşayan əcnəbiləri elektron müraciət əsasında qeydiyyata almaq səlahiyyəti verilib


Nazirlər Kabineti “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edib.

Azərbaycan prezidenti İlham Əliyev 2014-cü il noyabrın 4-də “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunu tətbiqi barədə fərman verib.

Miqrasiya Məcəlləsinə edilən dəyişikliyə əsasən, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata düşmədən yaşaması üçün müddət 3 gündən 10 günə qaldırılıb. Buna uyğun olaraq Nazirlər Kabinetinin “Elektron xidmət növlərinin Siyahısı”nda etdiyi dəyişikliklə Dövlət Miqrasiya Xidmətinə Azərbaycanda artıq 3 gün deyil, 10 gündən artıq müvəqqəti olan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması üçün müraciətin və sənədlərin qəbulunu elektron qaydada aparmaq səlahiyyəti verilib.

Geri dön