Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə, Güney Azərbaycan-Təbriz > Namiq Hacıheydərli: “İranda Azərbaycan türklərinin gələcək birliyinin təminatçısı ola biləcək vasitələr əngəllənir”- Müsahibə
Namiq Hacıheydərli: “İranda Azərbaycan türklərinin gələcək birliyinin təminatçısı ola biləcək vasitələr əngəllənir”- Müsahibə |
Davam.az Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri, şair Namiq Hacıheydərlinin GünAz TV mətbuat mərkəzinin müsahibəsini təqdim edir:
-Namiq bəy, İranda daha bir dərgi qəzet Azərbaycan türklərini təhqir edib. Konkret olaraq, “Roşən” qəzeti azərbaycanlıları gəlmə adlandırır. Sizcə, rejim azərbaycan türklərinin milli kimliyinə nə üçün bu qədər nifrətlə yanaşır? - İran fars rejimi Güney Azərbaycan türklərini potensial qüvvə və dövlətin idarə olunmasında alternativ güc olaraq görür. Bu üzdən fars şovinist hakim dairələri tərəfindən Azərbaycan türklərinin mümkün qədər gücdən düşürülməsi, ölkədən didərgin salınması və birliyinin pozulması yönündə ardıcıl və məqsədli işlər aparılır. Azərbaycan türklərinin gələcək birliyinin təminatçısı ola biləcək vasitələr əngəllənir. Ana dilində danışığa yasaq qoyulur və bu yurdun Quzeyə, Güneyə bölünməsi azmış kimi Doğu və Batı Azərbaycana bölünür. Nifrət həm də qarşılarındakının (Güney türklərinin) böyük millət olmasına əminliyin ifadəsidir. İranda digər millətlər də yaşayır. Ancaq fars rejimi onlara nifrət etmir. Çünki, onların potensial güc olmadıqlarına əmindir və nəinki onları özündən böyük görmür, heç onları özünə osmanlı demiş muhattab hesab etmir. -Bu proses dövlət səviyyəsində aparılan siyasətin tərkib hissəsidir. Rejim ən çox nədən çəkinir? -Nifrət Güney türklərinin böyüklüyünün gizli təsdiqindən qaynaqlanan qısqanclıqdı. Bu qısqanclıq da pataloji nifrətə çevrilib. Əslində isə genəlliklə türkə nifrətin heç bir əsası və anlamı yoxdur. Dünyanın harasında yaşamasından aslı olmayaraq türk ədalətin, sevginin və qarşılıqlı anlaşmanın tərəfindədi. Rejim İranın idarə olunmasının yenidən bu torpaqların əzəli sahibi olan türklərin hakimiyyəti altına keçməsindən çəkinir. İran dövlət olaraq güclü dövlətdi. Ancaq zor gücünə uzun zaman ayaqda durmaq olmaz. İranın dövlət kimi uzunömürlü olması burada demokratik islahatların aparılmasından keçir. İran gec-tez demokratik islahatlar aparmaq zorunda qalacaq. Əks halda dəyişən dünyada bu rejimin yaşaması sual altında olacaq. Elnur Eltürk Geri dön |