Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məftun Salmanov: - Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu var
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb, DAVAMın yazıları > Məftun Salmanov: - Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu var

Məftun Salmanov: - Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu var


ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki son vəziyyətlə bağlı yaydığı bəyanatda Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolunun olmadığını elan edib. Yəni ATƏT və həmsədrlər demək istəyirlər ki, münaqişə tərəflərindən biri genişmiqyaslı hərbi əməliyyatlara başlasa, ən azından, məqsədinə çata bilməyəcək.

Bunun əvəzində vasitəçilər Bakı və Yerevanı "dəyirmi masa" ətrafında danışıqlar aparmağa dəvət edirlər. O danışıqlar ki, 20 ildən çoxdur davam edir və bir nəticə hasil olmayıb. Bəlkə problem masanın dəyirmi olmasındadır? Münaqişədə tətbiq edilən ikili standartlar özünü masanın dəyirmi olmasında da göstərir. Axı "dəyirmi masa"da danışıqların iştirakçılarının hamısı bərabərhüquqludur. Hərçənd Ermənistan işğalçı, Azərbaycan isə işğala məruz qalmış ölkədir.

ATƏT-dən başqa digər beynəlxalq təşkilatlar, eləcə də əksər dövlətlər müharibə variantını istisna edir. Onlara bir sual: Məgər Ermənistan Azərbaycan torpaqlarını hərbi yolla zəbt etməyibmi? Belə çıxır ki, Ermənistana olar, Azərbaycana isə ədaləti hərbi yolla bərpa etmək olmaz? Hamı düşünür ki, Dağlıq Qarabağ münaqişəsi mürəkkəb problemdir. Əslində isə belə deyil. Məsələ sadədir: Ermənistan Azərbaycan ərazisini işğal edib, beynəlxalq hüquq isə deyir ki, işğalçı tutduğu torpaqları tərk etməlidir. Bunu dünyada beynəlxalq təhlükəsizliyə cavabdeh olaraq yaradılan BMT-nin 4 qətnaməsi də deyir.

Lakin qətnamələr, ümumiyyətlə, beynəlxalq təhlükəsizlik sistemi işləmir. ABŞ-ın maliyyəsi ilə ayaqda duran BMT Vaşinqtonun istəyi əsasında qəbul etdiyi qətnamələri bir neçə gün ərzində icra edir. Ukrayna hadisələrinə görə Qərbi ikili standartlarda ittiham edən Rusiya isə postsovet ölkələrində münaqişələrin dondurulmuş vəziyyətdə qalmasında maraqlı görünür. Moskvanın 2008-ci ildə ərazi bütövlüyünü hərbi yolla bərpa etmək istəyən Gürcüstana "qulaqburma" verməsi hamının yadındadır.

Deməli, Dağlıq Qarabağ münaqişəsini mürəkkəb edən böyük dövlətlərin maraqlarının toqquşmasıdır.

ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflərə ədalətli həll yollarını təqdim edəcəyi inandırıcı deyil. Bunu nə bütün günü kompüter arxasında oturub "Twitter"dən tərəflərə çağırışlar edən Ceyms Uorlik, nə də ki, ağzına su almış digər həmsədrlər edəcək.

Ümid yalnız Azərbaycan xalqı və ordusunadır. Cəhbədə son hadisələr göstərdi ki, Ermənistanı yalnız hərbi yolla ağıllandırmaq olar. Bakı danışıqları davam etdirəcək, amma Rusiya, ABŞ və Avropa İttifaqı ilə.

Geri dön