Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Iranda vali müavini: Biz türkük və “Yaşasın Azərbaycan” deyirik
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Iranda vali müavini: Biz türkük və “Yaşasın Azərbaycan” deyirik

Iranda vali müavini: Biz türkük və “Yaşasın Azərbaycan” deyirik


Şərqi Azərbaycan valisinin Siyasi və Təhlükəsizlik işləri üzrə müavini bu vilayətdə siyasi icmaların fəaliyyəti ilə əlaqədar danışarkən maraqlı məqama toxunub.
Səid Şəbistəri jurnalistlərlə görüşündə deyib:

“Biz türkük və dilimiz də Azərbaycan türkcəsidir. Tamaşaçılar stadionda “Yaşasın Azərbaycan” deməsin bəs nə desin?! Onlar da bu məmləkətin övladlarıdır. Kimsə “Traxtur” və “Yaşasın Azərbaycan” deməklə pantürkist olmaz. Biz də deyirik “Yaşasın Azərbaycan”. Azərbaycan da İranın bir hissəsidir.”

Vali müavini vurğulayıb ki, qövmlərarası nifaq salmaq qarşıdurma ilə nəticələnər. Bu isə həm dini-noqteyi nəzərdən həm də həyatda qəbuledilməzdir, belə şeylərdən uzaq olmalıyıq.

Geri dön