Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ötən il Azərbaycan neftinin qiyməti büdcədəki proqnozdan 41% artıq olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Ötən il Azərbaycan neftinin qiyməti büdcədəki proqnozdan 41% artıq olub

Ötən il Azərbaycan neftinin qiyməti büdcədəki proqnozdan 41% artıq olub


Azərbaycan neftinin 2011-ci ildə dünya bazarında orta qiyməti 113,57 ABŞ dolları/barel təşkil edib. Bu, neftin dövlət büdcəsində nəzərdə tutulan baza qiymətindən 33,57 dollar və ya 41% artıqdır.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar İdarəsindən verilən məlumata görə, ötən il Azərbaycan neftinin ən yüksək qiyməti 129,2 dollar (büdcədəki qiymətdən 49,2 dollar və ya 61% artıq), ən aşağı qiyməti 94,6 dollar (büdcədəki qiymətdən 14,6 dollar və ya 18% artıq) təşkil edib.

Neftin ən yüksək qiyməti 2011-ci il aprelin 11-də, ən aşağı qiyməti isə 2011-ci il yanvarın 4-də qeydə alınıb.

Geri dön