Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: - Biz torpağımıza dost kimi gələnlərə qucaq açırıqr
Fərəc Quliyev: - Biz torpağımıza dost kimi gələnlərə qucaq açırıqr |
Fərəc Quliyev: “Azərbaycan ictimaiyyətini, bütün partiyaları Azərbaycan Prezidentinin Münhen Təhlükəsizlik Konfransındakı bəyanatını müdafiə etməyə çağırıram”
"Azərbaycan Prezidenti İlham Əliyev çox məsəllərdə prinsipialdır, hadisələrə vaxtında və çox gözəl qiymət verə bilir”. Bunu SİA-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib. F.Quliyev fikrini belə əsaslandırıb: “Ölkə başçısının Münhen Təhlükəsizlik Konfransında erməni əsgərinin Ağdamda nə işi olması ilə bağlı verdiyi bəyanatı çox məntiqlidir. Həqiqətən də erməni əsgərinin Ağdamda nə işi var ki, o ölsün? Bu həm də bir çağırış idi ki, torpağımıza ayaq basan düşmən öldürüləcək. Biz torpağımıza dost kimi gələnlərə qucaq açırıq. Düşmən kimi gələnlərin isə ayaqlarını qırırıq”. “Ölkə başçısının bu bəyanatın ardınca ermənilər söylənilən fikrin arxasında real əməlin durub-durmamasını yoxlamaq məqsədi etdikləri zond əməliyyatına görə bu gün ki cavabı almalı idilər. Azərbaycan sübut edib ki, helikopter göndərsən vuraram, pilotsuz uçuş aparatı göndərsən vuraram, kəşfiyyatçı göndərsən öldürərəm. Yəni, Azərbaycanla bu dillə danışmaq olmaz”. – F. Quliyev vurğulayıb. Millət vəkili qeyd edib ki, Azərbaycan regionun ən güclü dövlətlərdəndir: “Azərbaycan ən güclü ordusu olan dövlətlər arasındadır. Ancaq, Ermənistanın o siyahıda heç adı yoxdur. Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında verdiyi bəyanatdan sonra Müdafiə Nazirliyimizin erməni təxribatına qarşı atdığı addımlar yerinə düşüb. Bundan sonra da bu addımlar olmalıdır. Azərbaycan ictimaiyyətini, bütün partiyaları, fərdləri Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransındakı bəyanatını, Müdafiə Nazirliyinin davranışlarını müdafiə etməyə çağırıram”. Qeyd edək ki, bu gün düşmən qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə hücuma keçməyə cəhd göstərib. Şəxsi heyətin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi, görülən qabaqlayıcı tədbirlər nəticəsində 2 kəşfiyyat-təxribat qrupunun qarşısı qətiyyətlə alınıb. Təxribat zamanı Ermənistan tərəfinin xüsusi təyinatlı dəstəsinin komandiri, zabit Tiqran Simonyan da daxil olmaqla bir neçə əsgəri məhv edilib. Düşmən tərəfdən xeyli sayda yaralı var. Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib və cəbhə xəttində vəziyyətə tam nəzarət edir. Elvin Abdulqədirov Geri dön |